Digər idman növləri
Fariz Məmmədov: “Bu qələbə Tanrının mənə bəxş etdiyi nemətdi”
Azərbaycanın ilk peşəkar boksçusu, “Qəbələ” İdman Klubunun üzvü Fariz Məmmədov bu gün peşəkar boks tariximizdə ilk dəfə olaraq WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionluğu uğrunda Uqanda təmsilçisi Badru Lusambiayla qarşılaşıb və rəqibini 8-ci raundda nokauta göndərməklə möhtəşəm qələbə qazanıb. Döyüşdən sonra isə təcrübəli boksçu jurnalistlərə müsahibə verib. Təcrübəli boksçu Futbolxeber.az saytının da suallarını cavablandırıb:
- Rəqibin dünən ləqəbinin “dağıdan” olduğunu qeyd etmişdi. Amma bu gün dağıdan sən oldun. Görüşlə bağlı nə deyə bilərsən?
- Rəqibim normal insandı. O da qələbə qazanmaq istəyirdi. Üçüncü raundda onun qara ciyərindən vurdum. Bu cür zərbələr çox pis hesab olunur. Çünki ağrı tutur və sona qədər buraxmır. Döyüşün gedişimdə səhvlərim oldu. Boş zərbələr aldım. Üçüncü dəfə vətəndə döyüşmək çox ağır idi. Taktikanı əvvəldə düz qurmadım. Dördüncü raunda kimi ciyərlərimdə problem var idi. Ancaq altıncı raundda hər şey qaydasına düşdü. Tam gücümlə irəli atıldım və bunun da xeyri oldu. Artıq 8-ci raund başlayanda bilirdim ki, rəqibim daha dözməyəcək. O artıq qaçmağa başlamışdı. Sonda istəyimə çatdım.
- Əvvəldən rəqibin ciyərlərinə zərbə endirirdi. Taktikan belə idi?
- Çox geniş məşqçi komandam var. Afrikalıların nəfəsi geniş olur. Taktika belə qurulmuşdu ki, mütləq onun qarnından zərbə vurmalıyam. Başdan ona zərbə endirmək çətin idi. Ikinci raundda başından güclü zərbə vurdum, amma o aşmadı. Halbuki bunu gözləyirdim. Hətta zərbənin gücündən sağ əlim də keyidi.
- 15 illik arzun bu gün reallaşdı. Fariz Məmmədovun idmanda başqa hansı arzusu qalıb?
- Artıq idmanda istədiyim hədəfə çatdım. Daha heç nə istəmirəm. Bundan sonra sakit, rahat həyat yaşamaq istəyirəm. Başqa hədəfim yoxdu. Azərbaycanın ilk peşəkar boksçusu, peşəkar boksda ilk və tək dünya çempionuyam.
- Bundan sonra sakit yaşamaq çətin olmayacaq?
- Hazırda ilk növbədə dincəlmək istəyirəm
- Fariz Məmmədov gələcəkdə peşəkar boksçu yetişdirəcək?
- Özümü məşqçilikdə görmürəm. Azərbaycanda peşəkar boks federasiyası açılarsa, bu haqda düşünmək olar.
- Bu gün döyüş sona kimi davam etsəydi, 12 raund vuruşmağa gücün çatacaqdı?
- Çatacaqdı. 6-cı raunda kimi çox əziyyət çəkdim. Üçüncü dəfə Azərbaycanda vuruşmaq psixoloji gərginlik yaradırdı. Uduzsaydım... Mənə verdikləri dəstəyə görə Tale Heydərova və Fariz Nəcəfova minnətdaram. Sağ olsunlar ki, mənə dəstək oldular. Mən olsaydım, 2 dəfə vətəndə uduzan idmançıya üçüncü şansı verməzdim. Amma onlara minnətdaram ki, sona qədər mənə dəstək oldular.
- Raundlar arası fasilədə rəqibin oturmurdu. Bu səndə qıcıq yaratmırdı?
- Onun oturmamağı səbəbsiz deyildi. Çünki boksçu ciyərdən zərbə alanda otura bilmir. Bu halda bədəndə qan işləmir. Oturanda ciyər daha da sıxılır və ikiqat çətinlik yaranır. Məşqçilərim deyirdi ki, dayanma, ona zərbə vur. Fərqi yoxdu, belindən, qolundan. Əsas odur ki, vur. Bu qələbə Tanrının mənə bəxş etdiyi nemətdi. Artıq karyeramı bitirmək lazımdı. 36 yaşım var, ailə həyatı qurmaq lazımdı. Uzun illərdi otellərdəyəm, ev yeməklərinə həsrət qalmışam. Təkcə elə bu döyüşə 6 ay hazırlaşdım. Çox adamların haqqı var üstümdə. Təlxəklik, yaltaqlıq edən deyiləm. Mən olsaydım, qardaşıma belə üçüncü dəfə şans verməzdim. Uduzsaydım necə olacaqdı? Mənə dəyən hər zərbə anamı qocaldırdı. Bu qələbə isə onu 20 il cavanlaşdırdı.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- II turun hakim təyinatları açıqlandı
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- "Qarabağ"ın "Xaric segah"ı...
- "Zirə" "İmişli"ni məğlub etdi
-
23:56
"Sumqayıt" - "Şamaxı" matçında qarşılıqlı qollar VİDEO
-
22:48
“Sumqayıt”ın baş məşqçisi: “Bir xalla kifayətlənməyə layiq deyildik”
-
22:25
Azər Bağırov: “Səfərdə oynamaq daha çətindir”
-
21:39
“Sumqayıt” qəkəbəni əldən verdi
-
21:10
Nuriyevin komandasından 9 qollu qələbə
-
20:54
"Kəpəz" "Qəbələ"ni məğlub etdi VİDEO
-
15:43
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
-
15:07
"Gəncə"də meksikalı məşqçi
-
14:32
Çempionlar Liqasında həftənin rəmzi komandası
-
14:16
"Naxçıvan"da yeni müqavilə
-
13:58
"Arsenal" 17 yaşlı gürcüstanlı futbolçu transfer etdi
-
13:25
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
-
12:41
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu: "Qurban Qurbanovla işləmək istəyirəm"
-
12:00
Basketbol millimiz Türkiyədə ikinci olub
-
11:39
Voleybol klublarımızın avrokuboklarındakı oyun proqramı bəlli olub
-
11:14
“Fiorentina” 3 xalı 4 qolla qazandı VİDEO
-
10:57
"Gəncə" Ülkər Kərimova ilə müqavilə imzalayıb
-
10:23
“Şalke” mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
10:02
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:46
"Beşiktaş" "Ərzurumspor"a şans tanımadı VİDEO
-
23:45
Nəriman Axundzadənin komandası “Beşiktaş”la bacarmadı
-
22:23
Mahirin komandasından ilk qələbə
-
22:07
MOİK - "Şimal" matçında heç-heçə VİDEO
-
21:36
“Tuluza”nın yetirməsi “Sumqayıt”da
-
20:59
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
19:41
Azərbaycanın yunan-Roma güləşi millisi toplanışa başlayır
-
19:14
Klisman: “Bu qol bütün komandanın əziyyətinin bəhrəsidir”
-
19:00
Vernidub: “Belə oynamağa haqqımız yoxdur, eyni səhvləri təkrarlamamalıyıq”
-
18:28
“Neftçi” "İmişli"ni məğlub etdi
-
17:32
Yakiroviç ayın ən yaxşısı seçildi
-
16:55
Atletika Federasiyasında hakimlərlə görüş keçirilib
-
16:27
Gimnastları dünya çempionatında finala vəsiqə qazanıblar
-
16:03
"Guba Open 2026" II Beynəlxalq Şahmat Festivalına yekun vurulub
-
15:46
“İmişli” - “Neftçi”: Heyətlər açıqlandı
-
15:19
"Karvan-Yevlax" klubu ötən ay müqavilə bağladığı futbolçu ilə vidalaşıb
-
14:51
“Şəfa” cəzadan yayındı, AFFA 5 min manat itirdi
-
14:24
Xames Rodriges bu kluba keçdi
-
14:00
Çempionlar Liqası: Minifutbol klublarımızın rəqibləri bilindi
-
13:32
Hamidu Keytanın yeni klubu məlum oldu
-
13:13
Boks millimiz Qazaxıstanda beynəlxalq turnirə qatılacaq
-
12:48
Zaur Paşayev "Naxçıvan"da
-
12:25
Millimizin rəqibi Gürcüstanla heçə-heçə edib
-
11:57
"Bazel" baş məşqçisini istefaya göndərdi
-
11:16
Azərbaycan oxatanları Belarusda 3 medal qazanıblar
-
10:49
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:31
"Sabah"ın məğlubiyyəti VİDEO
-
10:00
Azərbaycan UEFA reytinqində 25-cidir
-
01:24
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
-
00:52
“Mançester Yunayted” “Sabah”ı darmadağın etdi
-
21:29
V turun hakim təyinatları açıqlandı
12.09.2026
11.09.2026
10.09.2026
























