20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Fariz Məmmədov: “Sabah həm də onun üçün vuruşacağam”

“Sabahkı döyüş 15 ilin həsrətdi. Boksa başlayanda məqsədim məhz bu titul uğrunda döyüşmək idi. Artıq həmin vaxt çatıb. Bu döyüşün təşkilinə görə şəxsi menecerimə və “Qəbələ” Idman Klubunun rəhbərliyinə təşəkkür edirəm”. Futbolxeber.az-ın məlumatına görə, sözləri Azərbaycanın ilk peşəkar boksçusu, “Qəbələ” İdman Klubunun üzvü Fariz Məmmədov sabah peşəkar boks tariximizdə ilk dəfə olaraq WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionluğu uğrunda Uqanda təmsilçisi Badru Lusambiaya qarşı keçirəcəyi döyüşdən öncə deyib.

F. Məmmədov boks həvəskarlarını sevindirmək üçün əlindən gələni edəcəyini qeyd edib: “Sabah mən 1 yox. 2 Farizin adından vuruşacağam. “Qəbələ” Idman Klubunun vitse-prezidenti Fariz Nəcəfovu nəzərdə tuturam. Sabah həm də onun üçün döyüşəcəyəm. Avqustdan hazırlıqlara start vermişik. Döyüşə çox ciddi yanaşıram. Bütün gücümlə vuruşacağam. Bu, karyeramdakı ən vacib döyüşdü. Boks həvəskarlarını sevindirmək üçün əlimdən gələni edəcəyəm”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30