19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Digər idman növləri

Güləş yığmamızın Türkiyəyə yollanacaq heyəti açıqlanıb

Azərbaycanın sərbəst güləş üzrə milli komandası fevralın 5-də Türkiyənin İstanbul şəhərində start götürəcək Yaşar Doğunun xatirə turnirində çıxış edəcək. Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, üç gün davam edəcək ənənəvi yarışa 14 pəhləvan qatılacaq.

Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında Mahir Əmiraslanov, Georgi Edişeraşvili, Pərviz İbrahimov (hamısı 57 kq), Cahid Həsənzadə (61 kq), Hacı Əliyev, Ağahüseyn Mustafayev (hər ikisi 65 kq), Hacımurad Ömərov, Qitinomaqomed Hacıyev (hər ikisi 70 kq), Cəbrayıl Həsənov (74 kq), Aleksandr Qostiyev, Pərviz Axundov, Həmzət Osmanov (hamısı 86 kq), Şərif Şərifov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) çıxış edəcək. Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Sədi Quliyev Azərbaycanı təmsil edəcək.

Turnirin proqramına əsasən, fevralın 5-də 57 və 70 kq, fevralın 6-da 61, 74 və 125 kq, son yarış günündə isə 65, 86 və 97 kq çəki dərəcələrində pəhləvanlar mübarizə aparacaqlar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30