23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

“Məqsədimiz MMA-nın Azərbaycanda inkişaf etdirilməsidir”

Sabah keçiriləcək MMA (Mixed Martial Arts - qarışıq döyüş sənəti) üzrə "Azerbaijan Fighting Championship" seriya yarışından öncə bu gün mətbuat konfransı keçirilib. Futbolxeber.az-ın məlumatına görə, tədbirdə Dünya MMA Federasiyasının Azərbaycandakı rəsmi nümayəndəsi, "Azerbaijan Fight Club"un prezidenti, pankration üzrə dünya çempionu Şəhriyar Abbasov və "Qəbələ" İdman Klubunun döyüş növləri üzrə kordinatoru Səbuhi Qarayev iştirak edib.

İlk öncə çıxış edən Şəhriyar Abbasov qeyd edib ki, sabah baş tutacaq döyüşlərdə təkcə azərbaycanlı idmançılar rinqə çıxmayacaqlar: “Məqsədimiz MMA-nın Azərbaycanda inkişaf etdirilməsidir. Bu proses təkcə Bakı və Sumqayıtda yox, bölgələrdə də həyata keçməlidi İdmançılarımızın böyük arenalara yolunu açmaq istəyirik. Bu yarışlar birbaşa idmançıların reytinqlərinə təsir edəcək. Həmin idmançılar dünya və Avropa birinciliyi, eləcə də digər beynəlxalq yarışlarda iştirak edə bilərlər. Qarşıda bizi 7-8 turnir gözləyir. Düşündük ki, çempionluq kəməri üçün yarış olsun. Bu kəmər uğrunda ən azı 5 döyüş keçirilməlidir. Sabah 57, 62, 66, 70, 77, 80 və 84 kq çəki dərəcələrində döyüşlər olacaq. Rusiyada bu döyüş güclü inkişaf edib. Ona görə sabahkı döyüşdə Moskvada Ümumrusiya Azərbaycan Konqresinin komandası olan "Marsey" klubunun üzvləri də iştirak edəcək. Komandaya azərbaycanlı məşqçi Əhməd Rüstəmov rəhbərlik edir. Növbəti yarışlarda Ukrayna, Belarus, Qazaxıstandan olan idmançılara da dəvət göndərmək istəyirik”.

“Qəbələ” klubunun rəsmisi Səbuhi Qarayev bunları deyib: “Qəbələ” klubu həm olimpiya, həm də qeyri-olimpiya idman növlərinə dəstək verir. Bu seriyanın gələcək yarışlarının Bakıda deyil, bölgələrdə də baş tutmasına çalışacağıq. O cümlədən də Qəbələdə ".

Daha sonra idmançıların çəkiölçmə mərasimi keçirilib.

Qeyd edək ki, sabahkı yarışlar Bakıdakı “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutacaq. Turnir “Azerbaijan Fight Club” döyüş klubunun təşkilatçılığı, Azərbaycan Gənclər və İdman Nazirliyi, “Qəbələ” İdman Klubu və Beynəlxalq MMA GEFC liqasının dəstəyi ilə keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30