23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Avropa çempionatı Azərbaycana həvalə olundu

Azərbaycana daha bir mötəbər yarış həvalə edilib. Futbolxeber.az-ın məlumatına görə, 2018-ci ildə gimnastikanın batut növü üzrə Avropa çempionatı paytaxtımıza etibar olunub.

Bu barədə qərar Avropa Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin Lozannada keçirilən iclasında verilib. Bədii gimnastika üzrə 3 dəfə qitə çempionatına ev sahibliyi edən ölkəmiz bu idman növü üzrə ilk dəfə belə yarışı təşkil edəcək.

Azərbaycan bunadək isə idman gimnastikası (19-21 fevral) və  batut (5-6 mart) üzrə Dünya Kubokunun mərhələ yarışını qəbul edəcək. Bədii gimnastika üzrə analoji isə Rio-de-Janeyro-2016 Olimpiya Oyunları ərəfəsində - iyulun 22-24-də Milli Gimnastika Arenasında baş tutacaq.

Qeyd edək ki, ölkəmizdə batut gimnastikasının əsası 2013-cü ilin sonunda qoyulub. Avropa Oyunları üçün hazırlanan komandanın heyətində İlya Qrişunin Bakı-2015-də bürünc medal qazanıb.

Mənbə: apasport.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30