24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

Azərbaycan millisi Kuba Qran-Prisini 3 medalla başa vurdu

Kubanın paytaxtı Havanada cüdo üzrə Qran-Pri yarışına yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, yarışın üşüncü - sonuncu günüdə Azərbaycan milli komandasının daha 4 cüdoçusu tatami üzərinə çıxıb.

100 kq çəki dərəcəsində mübarizə aparan Elxan Məmmədov ilk qarşılaşmasında tatami sahibi Yordani Fernandes Sastreyə qalib gəlib. Daha sonra xorvatiyalı Zlatko Kumriçi mübarizədən kənarlaşdıran Məmmədov, 1/4 finalda Almaniya təmsilçisi Karl-Riçard Freyə uduzaraq təsəlliverici görüşlərə qatılıb. Cüdoçumuz bu mərhələnin ilk qarşılaşmasında almaniyalı idmançı Dimitri Petersə qalib gəlib. İkinci görüşündə isə BƏƏ cüdoçusu İvan Remarenkonu ippon fəndi ilə məğlub edən Elxan Məmmədov Kuba Qran-Prisinin bürünc medalını qazanıb.

Digər 3 cüdoçumuz - Ramin Qurbanov (90 kq), Elmar Qasımov (100) və Uşanqi Kokauri (+100) isə mükafatçılar arasında yer ala bilməyiblər.

Beləliklə, Kuba Qran-Prisini cüdo üzrə Azərbaycan milli komandası 3 medalla başa vurub. Rüstəm Orucov (73 kq) qızıl, Orxan Səfərli (60 kq) və Elxan Məmmədov (100 kq) bürünc medal.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30