20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Azərbaycan millisi Kuba Qran-Prisində ilk medalını qazandı

Kubanın paytaxtı Havanada cüdo üzrə Qran-Pri yarışlarına start verilib. Futbolxeber.az-ın məlumatına görə, yarışın ilk günündə cüdo üzrə Azərbaycan milli komandasının 3 üzvü qüvvəsini sınayıb.

60 kq çəki dərəcəsində çıxış edən Orxan Səfərov mübarizəyə ikinci mərhələdən qoşulub. Avstriya təmsilçisi Lüdviq Peyşeri, ardınca monqolustanlı Tsoqtbaatar Tsendoçiri məğlub edən Səfərov, 1/4 finalda isə Böyük Britaniya idmançısı Eşli Makkenziyə qalib gəlib. Lakin yarımfinalda braziliyalı Erik Takabatakeyə uduzaraq bürünc medal uğrunda Özbəkistan təmsilçisi Şarafuddin Lütfillayevlə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada Orxan Səfərov rəqibinə qalib gələrək Kuba Qran-Prisində millimizin aktivinə ilk medalı yazdırıb.

Digər iki cüdoçumuz - İlqar Müşkiyev (60 kq) və Tərlan Kərimov (66 kq) mübarizəni erkən dayandırıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30