16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

Azərbaycan Ağır Atletika Federasiyası 200 min dollar cərimələndi

Azərbaycan Ağır Atletika Federasiyası növbəti cəza ilə üz-üzə qalıb. Futbolxeber.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, yığmamızın 6 idmançısının orqanizmində istifadəsi qadağan olunan dərman preparatı tapıldığı üçün Beynəlxalq Ağırlıqqaldırma Federasiyası ölkəmizə cəza tətbiq edib.

Bolqarıstan mətbuatının yazdığına əsasən, Silviya Angelova (48 kq), Valentin Xristov (62 kq), Firudin Quliyev (69 kq), Elxan Əliquluzadə (77 kq), İntiqam Zairov (94 kq) və Dadaş Dadaşbəylinin (105 kq) A testindən keçə bilməməyi AAAF-a baha başa gəlib. Belə ki, 2014-cü ildə 18 idmançımızın dopinqdə “ilişməsi” səbəbindən 500 min dollar cərimələnən federasiyamız bu dəfə daha 200 min dollar ödəməlidi. Əks halda, yığmamızın Rio Olimpiadasında iştirakına qadağa qoyulacaq.

Düzdü, 6 atletimizin B testi müsbət nəticələnəcəyi halda, onların ömürlük diskvalifikasiya olunması ilə yanaşı, 4 lisenziyamız da ləğv olunacaq. Lakin gələn il Avropa çempionatında ən azı qadınlardan ibarət komandamızın Olimpiadaya 1 vəsiqə əldə edəcəyi proqnozlaşdırılır.

Hər halda, bütün bunları, həmçinin B testinin nə vaxt olacağını dəqiqləşdirmək istəsək də, AAAF-dan bununla bağlı cavab ala bilmədik. Daha doğrusu, telefon zənglərimiz cavabsız qaldı.

Qeyd edək ki, reqlamentə əsasən 3 idmançısı dopinqə düşən KXDR, Moldova və Qazaxıstan 50 min, 4 atleti “ilişən” Rusiya isə 100 min dollar cəzalanıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30