20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

Azərbaycan idmanında növbəti biabırçılıq: Yığmamız Olimpiadaya buraxılmaya bilər!

Azərbaycan yığmasının daha 3 ağırlıqqaldıranı dopinq testdən keçə bilməyib. Futbolxeber.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, Valentin Xristov (62 kq), Elxan Əliquluzadə (77 kq) və Silviya Angelovanın (48 kq) ardınca Firudin Quliyev (69 kq), İntiqam Zairov (94 kq) və Dadaş Dadaşbəylinin (105 kq) də orqanizmindən götürülən analiz müsbət nəticə verib.

Belə ki, ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatından sonra idmançılarımız növbəti qalmaqalla üzləşib. Rioya 4 lisenziyanı qazanan yığmamızın üzvlərinin bir-bir dopinqdə “ilişməsi” isə vəsiqələrimizi də sual altına alıb.

Yəni 6 ağırlıqqaldıranımızın A testi müsbət nəticələndiyindən B testini gözləmək məcburiyyətindəyik. Əgər bu yenidən təkrarlanarsa, ağırlıqqaldıranlarımız ömürlük diskvalifikasiya olunmaqla yanaşı, Olimpiadadan da kənar qalacaqlar.

Qeyd edək ki, Quliyev mundialda 6-cı, Zairovla Dadaşbəyli 9-cu yeri tutmuşdu. 3 atlet ümumilikdə isə millimizə 45 (20+17+18) lisenziya xalı qazandırmışdı.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30