Digər idman növləri
“Dünya çempionatına vəsiqə qazandıqdan sonra sevinə bilərik”
Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov affa.az-a müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsindəki çıxışını necə dəyərləndirirsiniz?
- Qrup oyunları gözlədiyimizdən də ağır keçdi. Birinci turda Belarus yığmasının Xorvatiya millisini udmasından sonra planlarımız dəyişdi. Bu onu göstərdi ki, komandalar yarışa çox ciddi hazırlaşıblar. İsveç millisi ilkin seçmə mərhələdən gəlməsinə baxmayaraq, heyəti texnikalı futzalçılardan qurulmuşdu. Görünür, təcrübəsizlik komandanın istənilən səviyyədə oynamasına mane oldu. Xorvatiya təşkilatçı ölkə olduğuna görə, oyunlarını 5000 azarkeş qarşısında keçirirdi. Sonuncu oyun günü Belarus - İsveç qarşılaşmasının heç-heçə bitməsi Xorvatiya yığmasına əlavə stimul verdi. Elə vəziyyət yaranmışdı ki, xorvatlar bizi məğlub edəcəkləri təqdirdə, qrup mərhələsini birinci pillədə başa vuracaqdı.
- Belarus millisinin həlledici məqamda heç-heçə etməsi planlarınızı dəyişdimi?
- Bu turnirdə Belarus yığması Xorvatiya millisini udmaqla və İsveç komandası ilə heç-heçə oynamaqla bizə iki sürpriz etdi. Hətta İsveç yığması ilə heç-heçədən sonra paltardəyişmə otağında, 1 saat ərzində bütün planlarımızı dəyişdik. Belə vəziyyətdə komandanı psixoloji baxımdan hazırlamaq ağır oldu, amma oyunçular qarşıya qoyulan vəzifənin öhdəsindən layiqincə gəldi. Oyundan sonra Belarusun nümayəndə heyətinin rəhbəri ilə söhbətimiz oldu. Məlum oldu ki, komanda Xorvatiya yığması ilə oyunda bütün gücünü sərf edib və İsveç millisi ilə qarşılaşmaya qədər 3 gün keçməsinə baxmayarq, bərpa oluna bilməyib. Belədə vəziyyət dəyişdi. Artıq son oyunumuzda heç-heçədən və ya uduzmaqdan söhbət gedə bilməzdi. Oyun ərzində hesabda daim üstün olsaq da, son dəqiqələr ağır keçdi. Yekunda heç-heçə qeydə alındı. Amma bu, qrup mərhələsini birinci pillədə başa vurmağımıza mane olmadı.
- Millini dünya çempionatının final mərhələsindən cəmi 2 oyun ayırır. Necə düşünürsüz, komanda bu vəzifənin öhdəsindən gələ biləcəkmi?
- Play-off mərhələsinə bir dəfə də vəsiqə qazanmışdıq. O zaman Bakıdakı oyunda Rusiya millisinə məğlub olduq -2:3. Tümendəki cavab oyununda isə 2:2 hesabı qeydə alındı və mübarizəni dayandırmalı olduq. Amma Rusiya yığmasının dünyanın ən güclü komandalarından biri olduğunu da unutmayaq. Bu dəfə vəziyyət fərqlidir. Qrup mərhələsini birinci pillədə başa vurduq. Artıq potensial rəqiblərimiz məlumdur. Kiminlə qarşılaşacağımızdan asılı olmayaraq, bizi 2 çətin oyun gözləyir. Çünki hər bir milli dünya çempionatı kimi nüfuzlu yarışda çıxış etmək istəyir. 10 ilə yaxındır futzal federasiyasının rəhbəriyəm. Play-off mərhələsindəki oyunlar karyeramın ən vacib 2 oyunu olacaq. Elə futzalçılarımız var ki, yaşı 30-u keçib. Bu, onların karyerası baxımından da son şansdır.
- Potensial rəqiblər arasında hansı yığma ilə qarşılaşmağı istərdiniz?
- Püşkatmadan əvvəl nəsə demək çətindir. Rəqibimizin bizə qarşı 3 qat güc sərf edəcəyi dəqiqdir. Çünki həmişə belə olub. Ona görə də bu oyunlara əvvəlkilərlə müqayisədə 10 qat artıq hazırlaşmalıyıq.
- Milli bu mərhələyə xüsusi hazırlaşmışdı. Növbəti oyunlar üçün heyətdə dəyişikliyə ehtiyac varmı?
- İkinci dəfə idi təcrübəli ispan məşqçi Miqeli millinin hazırlıq prosesinə dəvət edirdik. Onun fiziki hazırlıqla bağlı keçdiyi məşqlər komandaya müsbət təsir edir. Gələn il yanvarın 10-da keçirəcəyimiz təlim-məşq toplanışına onu yenidən dəvət etmək istəyirik. Miqel 7 gün ərzində fiziki hazırlıq üzrə məşqlər keçəcək. Taktiki çalışmalara isə baş məşqçi Tino Perez nəzarət edəcək. Heyətə futzalçı dəvət etməyə gəldikdə, istənilən oyunçu zədələnə və ya psixoloji baxımdan hazır olmaya bilər. Bizim ehtiyat qüvvəmiz var. Onlar istənilən zaman meydana çıxacaq vəziyyətdədir.
- Oyunlar zamanı diqqət çəkən məqamlardan biri də gənc qapıçı Rövşən Hüseynlinin çıxışı oldu...
- Gənc, potensialı olan futzalçıdır. Amma bu da faktdır ki, istənilən futzalçının yüksəlişi olduğu kimi, enişi də var. Avropa çempionatının play-off mərhələsində Slovakiya yığması ilə oyunda Rövşən meydana çıxdı. Yüksək səviyyəli oyundan sonra onun “ulduz xəstəliyi”nə tutulmaq ethimalının olduğunu gördüm. Təcrübəmdə isə belə hallara göz yumduğum yadıma gəlmir. Futzalçı milliyə ancaq hazır olduğu vaxt dəvət edilir. Hər bir futzalçı Azərbaycan üçün oynadığını bilməli, məsuliyyətini anlamalıdır. Avropa çempionatı ərəfəsində Rövşənlə yenə söhbət edəcəyik. Ondan başqa, təcrübəli Elnur Zamanov, Emin Kürdov kimi qapıçılarımız da var. Hər biri istənilən vaxt komanda yoldaşını əvəzləməyə hazırdır.
- Baş məşqçi Tino Perez təyinatından sonra daha çox yerli futzalçıların xidmətindən istifadə edir. Bu onun təşəbbüsüdür, yoxsa federasiya rəhbərliyinin tələbidir?
- Tino Perez istər yüksək, istərsə də birinci dəstədə və həvəskarlar liqasında mübarizə aparan bütün komandaların oyunlarını diqqətdə saxlayır. Artıq 17-18 yaşlı 4-5 futzalçı baş məşqçinin diqqətini cəlb edib və onlar “Araz”ın məşqlərinə cəlb edilib. Növbəti mövsümdə digər klublardan xahiş edəcəm ki, həmin futzalçılara diqqət yetirsinlər. Çünki millinin gələcəyi üçün bu vacibdir. Bu işlərin nəticəsidir ki, İsa Atayev, Ramiz Çovdarov bu gün millinin heyətində yer alırlar.
- 2016-ci ildə ilk ciddi sınaq Avropa çempionatı olacaq. Komanda final mərhələsinə necə hazırlaşacaq?
- Futzalçıları 2 həftəlik istirahətə buraxmışıq. Şərt qoymuşuq ki, heç kim artıq çəki ilə dönməsin. Çünki vaxtımız azdır. Yanvarın 10-dan təlim-məşq toplanışı başlayacaq. Yoldaşlıq oyunları keçirmək istəyirik. Hazırda danışıq apardığımız millilərdən biri ilə yanvarın 23-də və 25-də Bakıda oyunlar keçirməyi düşünürük. Serbiyaya isə yanvarın 31-də yola düşəcəyik. Qrupumuz məlumdur, İtaliya və Çexiya milliləri ilə qarşılaşacağıq. Minimum tələbimiz növbəti mərhələyə yüksəlməkdir. Hələlik dünya çempionatının play-off mərhələsini yaddan çıxarmalıyıq.
- İtaliya və Çexiya yığmalarının son durumu ilə maraqlanmısınızmı?
- Əlbəttə, baş məşqçimiz və seleksiya məşqçimiz rəqiblərin oyunlarını daim diqqətdə saxlayır. İtaliya millisi Avropa çempionatının son qalibidir. Heyətində dünyanın aparıcı klublarında çıxış edən futzalçılar var ki, onların da 9-u braziliya, 5-i italiyan əsillidir. Son qitə birinciliyində onlara uduzmuşuq. Bu dəfə layiqli mübarizə aparacağıq. İkinci oyunda Çexiya yığması ilə qarşılaşacağıq. Bu, çexlərin qrupda ilk oyunu olacaq. Fiziki və psixoloji baxımdan yaxşı hazırlaşsaq, vəzifəmizin öhdəsindən gələcəyik.
- Dünya çempionatının qrup mərhələsində qazanılan uğur Avropa çempionatının oyunları üçün motivasiya ola bilərmi?
- Sözsüz, istənilən uğur futzalçılarda özünə inamı artırır. Yeni ruh, güc gəlir. Futzalçılara da dedim ki, qazandığımız uğuru əlimizdə bayraq etməməliyik. Çünki hələ dünya çempionatına çıxmamışıq. Lisenziya qazandıqdan sonra sevinə bilərik. Bu isə sonranın işidir. Artıq pley-off mərhələsini deyil, Avropa çempionatını düşünməliyik.
- Ölkə çempionatı ilə bağlı nə deyə bilərsiz, oyunları izləyirsinizmi?
- Yüksək dəstədə 8 komanda yarışır. Aşkar lider yoxdur. Turnir cədvəlində də ikihakimiyyətlilikdir. “Ekol” da ilk iki pillədəki komandalarla eyni gücdədir. Mövsümün əvvəlində zallarımızın əksəriyyəti təmirlə əlaqədar bağlandığı üçün bu il iştirakçı komandaların sayını 75-dən 40-a endirdik. Amma iştirak etməklə bağlı müraciət edənlərin sayı çoxdur. 1-2 zalla bu qədər oyunları keçirmək mümkün deyil. Təbii ki, dövlətimizin idmana diqqət və qayğısı böyükdür. Bu qayğının nəticəsidir ki, əksər zallarımız təmir edilir, yeniləri tikilir. Gələn mövsüm komandaların sayı yenidən artacaq. Ümumilikdə, 70-80 komanda iştirak edərsə, baş məşqçinin milliyə futbolçu seçimi də geniş olar.
- Birinci dəstə klubları arasında yüksək liqada çıxış etmək gücündə olan komandalar az deyil. Yeni mövsümdən onların əsas liqada mübarizə aparması mümkündürmü?
- Bu il eksperiment aparmaq məqsədilə 2-3 komandanı yüksək dəstəyə dəvət etdik. Hələ ki yeni dəvət etdiyimiz komandalar özlərini yaxşı tərəfdən göstərirlər. Biz də istəmirik ki, oyunlar zamanı böyükhesablı nəticələr qeydə alınsın. Çünki bu cür nəticələr məğlub komandalara pis təsir edir. Gələcəkdə daha 2 komandanı yüksək dəstəyə dəvət etməyi və çempionatı 10 klubun iştirakı ilə keçirməyi düşünürük. Bu, həm də AFFA rəhbərliyinin istəyidir. Komandaların sayının çox olması futzalın da inkişafı deməkdir.
- Çempionatın keçirilməsi ilə bağlı hansısa çətinliklə qarşılaşırsınızmı?
- Bu gün böhran bütün dünyanı əhatə edir. Təbii ki, bu, futzala da təsir edir. Amma AFFA rəhbərliyi öz köməyini əsirgəmir, zalların icarə haqqını ödəyir ki, bu da klublara böyük köməkdir. Buna görə heç bir klub çempionatdan imtina etmir. Buna görə AFFA rəhbərliyinə təşəkkür edirəm.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Sərxan Hacıyev: “Monqolustan və Bolqarıstanla oyunlara görə milliyə mükafat veriləcək”
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- ETOPAZ: Məsləhət bizim, qazanc sizin
-
17:52
"Sumqayıt" - "Qarabağ" oyununa nə qədər bilet satılıb?
-
17:04
Yarımfinal oyunlarına təyinatlar açıqlandı
-
16:45
Kadi: “Mən həmişə hazıram”
-
16:17
Azərbaycanın U-17 millisi Belarusda turnirə qatılacaq
-
15:36
“Neftçi”nin legioneri: “Fürsət düşsə, Rumıniyaya qayıdardım”
-
14:53
Millimizin rəqibi Baltik kubokunda yarışacaq
-
14:21
Valdemar Almeyda: “İlk üçlükdə olmaq üçün bütün oyunlarda qalib gəlməliyik”
-
14:08
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
-
13:49
"Olimpiadada Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram"
-
13:34
AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
-
13:12
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib
-
12:55
"Qarabağ"ın uğurlarına sevinirəm, amma "Neftçi" mənə daha əzizdir" VİDEO
-
12:27
Bakıda UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb
-
12:06
Şeydayevin qaçırdığı qol şansları... VİDEO
-
11:43
Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
-
11:18
"Azərbaycan voleybol tarixində belə finala şahidlik etməmişdik"
-
10:50
"Final görüşünün əhəmiyyətini başa düşürdük"
-
10:39
Avropa çempionatı: Ülviyyə Fətəliyevadan maksimum nəticə
-
10:24
"Fənərbaxça" çempionluq yolunda ağır zərbə aldı VİDEO
-
10:12
Masaki Murata: “Bu tip insanlar həmişə problem axtarır”
-
09:57
Milan derbisində 3 qol, 3 qırmızı vərəqə VİDEO
-
09:41
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
-
09:28
"Roma" öz meydanında "Bolonya"ya uduzdu VİDEO
-
00:10
Diniyev - Şeydayev mübarizəsində kim sevindi?
-
20:38
“Neftçi” rəhbərliyi I Liqa klubunun prezidenti ilə görüşdü
-
19:21
Azərbaycan çempionu məlum oldu
-
19:00
“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi: “Pul alırıqsa, haqqını verməliyik”
-
18:17
Azərbaycan qılıncoynadanları dünya birinciliyində çıxışlarını başa vurublar
-
17:55
Boksçumuz ermənini məğlub etdi
-
17:24
II Liqada oyunların vaxtı məlum oldu
-
17:03
“Sumqayıt” - “Qarabağ” oyununun biletləri satışda
-
16:48
"Cəbrayıl" - "Bakı Sportinq" matçında tək qol VİDEO
-
16:32
“Neftçi” “Yaşıl Gələcək” layihəsinə 1000 ağac ianə edib
-
16:19
“Kür” liderlə xal fərqini minimuma endirib
-
15:56
I Liqada 24-cü turun oyun cədvəli
-
15:41
“Bakı Sportinq”dən çempionluq yolunda vacib qələbə
-
14:27
Azərbaycan Kuboku: 1/2 finalın cavab oyunlarının saatı bilindi
-
14:03
Azərbaycan Basketbol Liqası: Son turunun proqramı müəyyənləşib
-
13:34
U-17-nin İnkişaf turniri üçün yekun heyəti açıqlandı
-
13:15
Nicat Abasov İddiaçılar Turnirini qələbəsiz və sonuncu yerdə bitirdi
-
12:58
"Atletiko"dan gözlənilməz məğlubiyyət VİDEO
-
12:40
Anas Najah: “İnsanlar hansı hakim səhvindən danışırlar?”
-
12:26
"Bayer" 90+8-də məğlubiyyətdən qaçdı VİDEO
-
12:19
Azərbaycan Kubokunun yarımfinal görüşlərinin başlama saatları açıqlanıb
-
11:51
Azərbaycanın cüdo millisi Avropa Kubokunda dördüncü olub
-
11:37
Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar
-
11:24
“Yurqorden” rəsmisi Qurbanlının klubdan gedişi barədə: “Ayrılmaq istədiyini deməyib”
-
11:05
"Səbail" və "Zirə"dən yubiley qələbəsi
-
10:53
Ağabala Ramazanov qayıdışından, avrokuboklardan və qızının açdığı pankartdan danışdı
-
10:42
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək