19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Avropa Yay Oyunlarında çimərlik futbolu

Xəbər verdiyimiz kimi, Mavrikidə FIFA-nın 63-cü Konqresi keçirilir və AFFA-nın baş katibi Elxan Məmmədov tədbirdə iştirak edir. Futbolxeber.az-ın məlumatına görə, səfər çərçivəsində E.Məmmədov FIFA Çimərlik Futbol Komitəsinin üzvü və BSWW (Dünya Çimərlik Futbolu Təşkilatı) vitse-prezidenti Joan Cusco ilə görüşüb.
Görüşdə 2015-ci il iyunun 12-dən 28-dək Bakıda keçiriləcək Avropa Yay Oyunlarında çimərlik futbolunun rolu barədə müzakirələr aparılıb. Əsas müzakirə mövzusu komandaların sayı, yarışın formatı, təsnifat mərhələsi və digər məsələlər olub.  Sadalanan məsələlərin həlli ilə bağlı başqa görüşlərin keçirilməsi qərara alınıb.
Xatırladaq ki, çimərlik futbolu üzrə yarışların təşkili ilə bağlı AFFA-nın təcrübəsi var. 2008-ci ildə çimərlik futbolu üzrə Avropa Kuboku oyunları Bakıda təşkil olunub.
Beləliklə,  Avropa Yay Oyunlarında çimərlik futbolu üzrə oyunların keçirilməsi FIFA tərəfindən təsdiq olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30