19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Digər idman növləri

Cüdoçularımızın Avstraliyada ilk gündə qazancı: 1 gümüş və 2 bürünc medal

Avstraliyanın Vullonqonq şəhərində keçirilən cüdo üzrə Okeaniya kuboku uğrunda yarışın ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub. Futbolxeber.az-ın məlumatına görə, qadın cüdoçuların yarışında mübarizə aparan Ayşə Qurbanlı yalnız finalda uduzaraq turnirin gümüş medalını qazanıb. 48 kq çəki dərəcəsində yarışan Azərbaycan cüdoçusu Honkonq, ABŞ və İndoneziya idmançılarına qalib gələrək finala çıxıb. Həlledici görüşdə Amerika Birləşmiş Ştatlarının nümayəndəsi Ketilin Boysa məğlub olan Qurbanlı Avstraliyada ikinci yeri tutub.

60 kq çəki dərəcəsində mübarizə aparan Oruc Vəlizadə və 73 kq çəkidə yarışan Fəqan Quluzadə isə “yaşıl ada”da bürünc medal qazanıblar.

Okeaniya kuboku uğrunda mübarizə aparan daha bir qadın cüdoçumuz Xanım Hüseynova bürünc medal uğrunda görüşdə Lüksenburqlu Teylor Kinqə uduzaraq 5-ci yeri tutub.

Digər iki çüdoçumuz  - İsmayıl Piriyev və Tərlan Kərimovun çıxışı isə uğursuz alınıb. 

Qeyd edək ki, sabah Avstraliyada daha 5 cüdoçumuz mübarizəyə qoşulacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30