28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Türkiyəli basketbolçu Nyu-Yorkda ölü tapılıb

ABŞ əsilli türkiyəli basketbolçu Əli Qaradəniz Nyu-Yorkda ölü tapılıb. "Report"un məlumatına görə, 35 yaşlı basketbolçunun cəsədi hərəkətsiz avtomobildə aşkarlanıb.

2010-cu ildə Türkiyə vətəndaşlığını qəbul etmiş basketbolçu avtomobilin arxa oturacağında başı yarılmış halda olub. Bir neçə gün öncə yoxa çıxan idmançının axtarışına noyabrın 5-dən başlanılıb. Buna səbəb Ə.Qaradənizin itkin düşməsi ilə bağlı məlumatın polisə həmin tarixdə verilməsidir.

Qeyd edək ki, Türkiyə vətəndaşlığını qəbul etmədən öncə adı Maykl Rayt olan basketbolçu karyerası ərzində Türkiyə, İspaniya, İsrail, Almaniya, Fransa və Cənubi Koreya çempionatında çıxış edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31