18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

Azərbaycan cüdoçuları Afrikada daha 3 medal qazandılar

Port-Lui şəhərində keçirilən Afrika açıq çempionatının ikinci günü Azərbaycan cüdoçuları üçün daha uğurlu olub. Futbolxeber.az-a Cüdo Federasiyasından verilən məlumata görə, çempionatın ikinci günündə idmançılarımız aktivinə daha 3 bürünc medal yazdırıb.

81 kq çəki dərəcəsində mübarizə aparan Əbdülhəqq Rəsullu ilk olaraq Qətər nümayəndəsi Usama Xadcamaya qalib gəlib. 1/4 finalda Montaneqro təmsilçisi Sırcan Mravleviçə məğlub olan idmançımız təsəlliverici mübarizəyə qoşulub. Rəsullu bu mərhələdə ilk olaraq Qabonlu Pol Kibikaini məğlub edib. Daha sonra Marko Bubanyaya qalib gələn cüdoçumuz bürünc medala sahib çıxıb.

90 kq çəki dərəcəsində mübarizəyə qoşulan idmançımız Məmmədəli Mehdiyev də bürünc medal qazanıb. İdmançımız çilili Tomas Briseno və mərakeşli İmad Abdullauini məğlub edərək yarımfinala çıxıb. Mehdiyev yarımfinalda Əlcəzair cüdoçusu Adberəhman Benamadiyə uduzub, lakin üçüncü yer uğrunda mübarizədə britaniyalı Endryu Berns üzərində qələbə qazanmağa nail olub.

Daha bir çüdoçumuz uğurlu nəticəyə imza atıb. Belə ki, ağır çəkidə dərəcəsində mübarizə aparan Uşanqi Kokauri də bürünc medal qazanıb. İtaliyalı cüdoçu Alessio Maskettini məğlub edən idmançımız avstriyalı Daniel Allerstorferiyə də qalib gələrək yarımfinala çıxıb. Lakin Kokauri də bu mərhələdə əlcəzairli idmançı Amin Tayebə məğlub olaraq üçüncü yer uğrunda mübarizəyə qoşulub. Bürünc medal uğrunda qarşılaşmada o, Tacikistan cüdoçusu Məhəmmədmurad Əbdülrəhmanova qalib gəlib.

Bununla da Azərbaycanın cüdo üzrə milli komandasının aktivindəki medalların sayı dördə çatıb. 

Qeyd edək ki, çempionatın ilk günüdə 48 kq cəki dərəcəsində mübarizə aparan cüdoçumuz Ayşə Qurbanlı da bürünc medala sahib çıxıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30