4 Mart 2021, Cümə axşamı
"Neftçi” yenidən zirvədə
"Bakcell Arena"da işıqlar söndü
Baxşıyev: “Təslim olmuruq”
“Qarabağ” liderliyə yüksəldi

Digər idman növləri

Azərbaycan Su İdman Növləri Federasiyasına yeni təyinat olub

Azərbaycan Su İdman Növləri Federasiyasının (ASİNF) İcrayyə Komitəsinin iclası keçirilib. Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iclasda fəaliyyət planları və görüləcək işlər müzakirə olunub.

Bakı Su İdman Sarayının direktoru Elçin Həsənov ASİNF-in yeni vitse-prezidenti seçilib.

Sonra iclasın gündəliyinə uyğun olaraq, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları və "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq planları, görüləcək işlər, qarşıda duran vacib məsələlər müzakirə olunub. Federasiyanın nəzdində fəaliyyət göstərən su idman növləri üzrə məşqçilərin hesabatları dinlənilib.

Sonda ASİNF-in 3 illik fəaliyyət planı və görülən işlər barədə hesabat dinlənilib və müzakirə olunub. Ümumilikdə federasiyanın fəaliyyəti qənaətbəxş hesab edilib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2021
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31