Digər idman növləri
Beynəlxalq Velosipedçilər İttifaqının Konqresi keçirilib
Amerika Birləşmiş Ştatlarının Riçmond şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) illik konqresi keçirilib. Futbolxeber.az-ın məlumatına görə, konqresdən bir gün əvvəl isə Avropa Velosipedçilər İttifaqının (UEC) Rəhbər Komitəsinin iclası olub. Rəhbər Komitənin iclasında çıxış edən Avropa Velosipedçilər İttifaqının Prezidenti David Lappartien sonuncu dəfə Komitənin Avropa Oyunları zamanı Bakıda toplaşdığını xatırladıb və məruzəsində Bakı-2015 ilk Avropa Oyunlarının çox yüksək səviyyədə keçirildiyini diqqətə çatdıraraq, Avropa Velosipedçilər İttifaqı adından Avropa Oyunları çərçivəsində keçirilmiş velosiped yarışlarının təşkilində yüksək fəallıq nümayiş etdirmiş Azərbaycan Velosiped idmanı Federasiyasına dərin təşəkkürünü bildirib.
Daha sonra Beynəlxalq Velosipedçilər İttifaqının illik Konqresində Avropa qitəsi adından səsvermə hüququna malik nümayəndələr seçilib. Qeyd edək ki, 50 milli federasiyanı özündə birləşdirən Avropa Velosipedçilər İttifaqı Beynəlxalq Velosipedçilər İttifaqının Konqresində səsvermə hüququna malik 14 nəfərlə təmsil olunur. Bu il seçilmiş 14 nümayəndədən biri də Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov olub.
Konqresdə Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Brayn Kukson geniş məruzə ilə çıxış edib. O Konqresin müzakirəsinə 16 məsələnin çıxarıldığını bildirərək, ötən dövr ərzində görülmüş işlər və UCİ qarşısında duran məsələlər barədə Konqres iştirakçılarına ətraflı məlumat verib. Konqresdə UCİ-in Rəhbər Komitəsinin hesabatı, 2014-cü ilin büdcəsinin icra vəziyyəti, müstəqil auditorların hesabatı dinlənilib və 2016-cı il üçün büdcə təsdiq edilib. Daha sonra UCİ-in Rəhbər Komitəsinin yeni üzvü seçilib və bir sıra ölkələrin Beynəlxalq Velosipedçilər İttifaqının üzvlüyünə daxil olmaq barədə ərizələrinə baxılaraq, onların üzvlüyü təsdiq edilib.
Konqres zamanı Rio-2016 Yay Olimpiya Oyunlarının təşkili ilə bağlı R’OCOG (2016 Organising Comittee for the Olimpic and Paralympic Games) RİO-2016 Olimpiya və Paraolimpiya Oyunlarınınn Təşkilat Komitəsinin İcraçı Direktoru Alberto Guimaraes geniş təqdimatla çıxış edib və Oyunlara hazırlığın gedişi barədə Konqres iştirakşılarına məlumat verib.
Tədbir zamanı 2016-cı ilin oktyabr ayında Qətərdə keçiriləcək şosse velosipedi üzrə dünya çempionatı ilə bağlı məsləhətləşmələr də aparılıb və Doha-2016 Dünya Çempionatının Təşkilat Komitəsinin sədri şeyx Xalid bin Əli Əl Thaninin və Qətərin digər məsul nümayəndələrinin Dünya Çempionatına hazırlıqla bağlı təqdimatlarına baxılıb.
Xatırladırıq ki, Konqres ərəfəsində ABŞ-ın Riçmond şəhərində keçirilən şosse velosipedi üzrə 2015-ci il Dünya çempionatında Azərbaycanı yeniyetmələr və 23 yaşadək idmançılarımızdan Musa Mikayılzadə, Kənan Qəhrəmanlı, Tərlan Məmmədov və Samir Cəbrayılov təmsil edib. Qadınlar arasında komanda ötüşmələrində isə Sloveniyanın “Lyublyana” komandasının tərkibində çıxış edən Azərbaycan velosipedçisi Yelena Pavluxina kifayət qədər yüksək nəticə göstərərək 8-ci yerə çıxıb.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- Yankoviç “Turan Tovuz”da
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
-
15:37
Azərbaycan - Tacikistan oyununa necə baxaq?
-
15:04
Lekler: “Bakı trasında yarışmaqdan zövq alıram”
-
14:48
"Sumqayıt" onunla gücləndi
-
14:23
Alabanın yeni klubu müəyyənləşdi
-
13:59
Şahruddinlə Zubir yenidən bir arada
-
13:35
Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib
-
13:12
"Zaqatala"nın futbolçusuna sərt cəza verildi
-
13:00
AFFA 5 klubu cərimələdi
-
12:41
"Formula 1": Bakı Bulvarında əyləncə zonası fəaliyyətə başlayır
-
12:26
AFFA "İmişli"nin legionerini 4 oyunluq cəzalandırdı
-
11:57
Misirli voleybolçu karyerasını Azərbaycanda davam etdirəcək
-
11:34
"Mingəçevir Reqatası" növbəti dəfə Köndələn su anbarında start götürəcək
-
11:08
“Xankəndi”nin Xankəndiyə qayıdışına 1 ay qalıb
-
10:43
“Kasıblar”ın lideri – “Şamaxı”
-
10:29
Avropa çempionatı: Daha 3 boksçumuz yarımfinalda
-
10:15
"Borussiya"nın yeni baş məşqçisi müəyyənləşdi
-
09:52
Cüdoçularımız Sarayevoda beynəlxalq turnirdə iştirak edəcəklər
-
09:30
Millimiz Tacikistana qarşı
-
22:33
Daha iki cüdoçumuz dünya çempionu oldu
-
20:15
Ayxan Abbasov: “Sabah qalib gəlmək istəyirik”
-
19:54
Rəhman Daşdəmirov: “Tacikistan millisi futbol oynaya bilir”
-
19:00
Aneqlovski: “6 il əvvəlki ilə indiki Azərbaycan millisini müqayisə etmək istəməzdim”
-
18:48
Nazarov: “Azərbaycandan təklifim olmayıb”
-
18:31
“Qarabağ”dan fanşopla bağlı yenilik
-
18:16
Azərbaycan və Yunanıstan arasında idman sahəsində əməkdaşlıq müzakirə edilib
-
17:53
Güləş millilərimizin məşqçiləri üçün təlim proqramı təşkil olunub
-
17:42
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
17:05
Elçin Usub: “Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
-
16:23
Qadın futbolçularımız Qarabağ Universitetində tələbələrlə görüşüblər
-
15:57
Litvalı basketbolçu "Naxçıvan"a keçib
-
15:35
Puta qəsəbəsində idman zalı və minifutbol meydançasının açılışı olub
-
14:44
"Sumqayıt"ın məşqçilər korpusu müəyyənləşib
-
14:18
ÇL: "Araz-Naxçıvan"ın oyunlarının təqvimi açıqlandı
-
13:21
“Turan Tovuz” - "Fənərbaxça” oyununa böyük maraq: 1 saata 6 min bilet satıldı
-
13:00
İlahə Qədimova Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
-
12:36
Hardasan, ay inkişaf?..
-
11:59
"Formula 1" pilotu Pyer Qasli: "Bakıdakı yarışı bəyənirəm"
-
11:12
"Qaradağ Lökbatan"dan 7 qollu qələbə VİDEO
-
10:43
Yankauskas: “Azərbaycanda prioritet klub futboludur, milli yox”
-
10:25
İki boksçumuz Avropa çempionatında növbəti mərhələyə yüksəlib
-
10:07
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
-
09:34
Cəlal ehtiyatda qaldı, komandası qələbə qazandı
-
23:09
"Dinamo"nun qələbəsi VİDEO
-
22:31
Daha üç cüdoçumuz veteranlar arasında dünya çempionatında medal qazanıb
-
21:40
Tahir Gözel tarixi vərəqlədi: “Elə olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib”
-
20:18
“Turan Tovuz” - “Fənərbaxça” oyununun vaxtı açıqlandı
-
19:25
“Dinamo”dan əzmkar qələbə
-
18:53
Azərbaycanın çimərlik voleybolçuları Avropa çempionatında iştirak ediblər
-
18:36
“Sumqayıt”da türkiyəli baş məşqçi
-
18:09
AMADA "Qarabağ"ın U-19 komandası üçün seminar keçirib
23.09.2026
22.09.2026
21.09.2026
























