25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Sabir Rüstəmxanlının oğlu klub prezidenti oldu

"Azəryol" voleybol klubunun rəhbərliyində dəyişiklik baş verib. Azərbaycan Voleybol Federasiyasından "Report"a verilən məlumata görə, klub prezidenti vəzifəsinə Cəmil Rüstəmxanlı seçilib.

O, yeni vəzifədə Cavid Qurbanovu əvəzləyib. "Azəryol"un icraçı direktoru Yusif Atakişiyev, baş məşqçisi isə Aleksandr Çervyakov olub. Klubun sabiq icraçı direktoru Zöhrab Gözəlbəyli "Azərreyl" klubunda eyni vəzifədə işə başlayıb. Baş məşqçi vəzifəsi isə Bülent Karslıoğluna tapşırılıb. Amma "dəmiryolçular"ın yeni prezidenti hələ dəqiqləşməyib.

Qeyd edək ki, Cəmil Rüstəmxanlı "Azəryolservis" ASC-nin sədr müavini vəzifəsində çalışır. O, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının oğludur. Cavid Qurbanov isə "Azəryolservis"in sabiq, "Azərbaycan Dəmir Yolları" QSC-nin hazırkı sədridir.    




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30