4 Noyabr 2025, Çərşənbə axşamı
Sadıq Sadıqov vəzifəsindən getdi
Abubakar son 6 ilin ilkinə imza atdı
Saşa İliç qələbəni şərh etdi
Berdıyev: “Qələbəyə layiq idik”

Digər idman növləri

Rio-2016 üçün növbəti lisenziya xalları

Azərbaycanın şosse velosipedi üzrə Elit yığma komandası və "Synergy Baku Cycling Project" klubunun üzvü Maksim Averin Rio-2016 Yay Olimpiya Oyunlarında iştirak yolunda növbəti uğurlu addım atıb - idmançımız Fransada keçirilən birgülük "Duo Normand" veloyürüşündə 10 lisenziya xalı qazanmaqla ümumi xallarının sayını 158-ə çatdırıb. Futbolxeber.az-ın məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının 1.1 kateqoriyalı yarışında iştirakçılar cüt ötüşmə sistemi üzrə mübarizə aparıblar. Reqlamentə əsasən, komandaların tərkibi fərdi ötüşmə (time trial) üzrə ölkə çempionlarından ibarət olmalı idi ki, "Synergy Baku"nu "Duo Normand" yarışında Azərbaycan çempionu Maksim Averinlə Yunanıstan çempionu Yannis Tamuridis təmsil edib.

16 komandanın iştirak etdiyi yarışda velosipedçilərimiz 54 km məsafəni 1 saat, 9 dəqiqə, 37 saniyəyə qət etməklə yekun sıralanmada 5-ci yeri tutublar. Bu isə təmsilçilərimizə aktivlərinə 10 reytinq xalı əlavə etməyə imkan verib.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30