Digər idman növləri
Elnur Əşrəfoğlu: “Şido ilə də qələbə olsa, bəsimdir”
Cüdo federasiyasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlunun müsahibəsi
- Cüdo federasiyasında məsul vəzifəyə təyinatın ilk günləri barədə danışardınız. Nə yeniliklər?
- Adi iş günləri. Çünki bu iş, bu vəzifə mənə yad deyil. Bilirsiniz, dəfələrlə Olimpiya Oyunlarında, müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatlarında, beynəlxalq yarışlarda jurnalist kimi iştirak etmişəm, o cümlədən, cüdo yarışlarında.
- Cüdodakı durum hamıya məlum idi. Maliyyə çətinliyi cüdoçuların nəticəsinə də təsir göstərmişdi. Hətta yığma üzvləri bir neçə dəfə bunt qaldırmışdı, şikayətlənirdilər. Bu barədə hansı addımlar atılıb?
- Federasiyada görüləsi işlər çoxdur. Bir cüdo ailəsi olaraq burada çalışan hər kəsin üzərinə böyük yük düşür. Milli komandamızın yeni baş məşqçisi ictimaiyyətə təqdim olundu. Avstriyalı məşqçi millinin üzvləri ilə görüşdü. Bəzi idmançılarımızın zədələri var. Qərara alındı ki, onlar Avstriyada müayinə olunsun.
- Qarşıda hansı yarış və ya toplanışlar var və hazırlıqlar necə gedir?
- Oktyabrın 17-də Parisdə mötəbər "Grand Slam" yarışı start götürür. Həmin yarışda milli komandamız da iştirak edəcək. Hələlik Paris turnirinə hansı cüdoçularımızın qatılacağı məlum deyil. Peter Zayzenbaher bu həftə Bakıda olacaq. Yaxın günlərdə heyətə də tam aydınlıq gələcək. Bu yarışdan sonra cüdoçularımız Parisdə qalacaqlar və təlim-məşq toplanışı keçəcəklər. Oktyabrın 30-da isə Parisdən birbaşa Abu-Dabiyə gedəcəklər. Həmin şəhərdə də "Grand Slam" olacaq. Bu yarışlar Olimpiya Oyunlarına lisenziya xalları verir. Ona görə nə qədər belə yarışlarda iştirak etsək, bir o qədər yaxşıdır.
- Hər halda, Rövnəq Abdullayevin prezident təyin olunması o deməkdir ki, cüdoda bir canlanma yaranacaq. Siz necə, yaşıl meydandan sonra tatamidə - hansı daha rahatdı. Başqa cür qoysaq sualı, fərqləri nədir?
- 25 ilə yaxındır ki, bu sahələrdəyəm (gülür). Yaşıl meydanını da görmüşəm, özü də necələrini. "Kamp-Nou" dan tutmuş, "Marakana"ya qədər. Eləcə də tatamisini də, döşəyini də, rinqini də, üzgüçülük sarayını da. Heç bir fərqi yoxdur.
- Futbolda olanda Elnur Əşrəfoğluna bəzən münasibət yaxşı olmadı. Ancaq susqunluğu üstün tuturdunuz. Mövqeyinizi yaxşılaşdırandan sonra rəqibə ippon tətbiq eləməyi sevirsizmi?
- Əgər işləyirsənsə, problemlər də olur, töhmətlər də, qarayaxmalar da - bunlardan qaça bilməzsən, ancaq harda olsam da, çalışmışam işimi peşəkar səviyyədə görüm. Əlbəttə, qələbə yaxşı hissdir. Fərq etməz, ippon olsun, ya vazari və s. fəndlər. Şido ilə də qələbə olsa, bəsimdir.
Mənbə: futbolpress.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ” - “Ayaks”: həyəcan zirvəyə yüksəlir
- “Neftçi”nin yeni baş məşqçisi bilindi - SON DƏQİQƏ
- Silva Yankoviçlə mübahisə etmələrindən danışdı: “Hər şey həll olunub”
- Vernidub “Neftçi”nin baş məşqçisi olacağı barədə xəbərlərə münasibət bildirdi
- Tramp DÇ-2026-nın püşkatmasında Azərbaycan Xalq rəssamlarının hazırladığı mükafat aldı
- Vernidub sabiq futbolçusunu “Neftçi”yə gətirir?
- Joni Montiel: “Qarabağ” hamının məğlub etmək istədiyi komandadır”
- "Qarabağ" - "Ayaks" oyununun biletləri satışa çıxdı
- "Səbail"in icraçı direktoru: "Elvin Məmmədov işinə həmişə peşəkar və dürüst yanaşıb"
- “Araz-Naxçıvan”ın problemi məşqçi deyil - QEYD
- “Qarabağ”ın üzvləri yeni reabilitasiya mərkəzində
- Yuri Vernidub: “Yazırlar ki, guya mən “Neftçi” ilə anlaşmışam?”
- Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
- Azər Bağırovdan qələbə şərhi
- Rəşad Sadıqov: “Biz hər zaman gerçəkləri deyirik”
-
18:00
14 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi başa çatıb
-
17:38
Qriqorçuk sabiq klubuna qayıdır
-
16:12
"Qarabağ" braziliyalı futbolçusunu “Botafoqo”ya satmadı
-
15:41
Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin qızına cüdoqi hədiyyə olunub
-
14:25
WKF-dən Rafael Ağayevlə bağlı paylaşım
-
14:05
Nigeriya - Tunis matçında 5 qol VİDEO
-
11:59
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:36
Ronaldodan dubl VİDEO
-
11:13
“Neftçi” “Şaxtyor”un yarımmüdafiəçisi ilə güclənmək istəyir
-
10:47
"Yuventus"dan səfər qələbəsi VİDEO
-
10:24
“Neftçi”nin futbolçusu oynadı, yığması qələbə qazandı
-
10:00
"Çelsi" öz meydanında "Ason Villa"ya uduzdu VİDEO
-
17:35
14 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyində fərdi mübarizələr başa çatıb
-
16:12
“Ronaldo MLS-yə Messidən daha çox fayda verərdi”
-
13:49
Çempion cüdoçular şəhid övladları üçün qış düşərgəsinin iştirakçıları ilə görüşüblər
-
12:04
Elşən Qənbərov: “Özbəkistan futbolunda tanışlıq, hörmət anlayışı yoxdur“
-
11:26
Millimizin üzvləri uşaq sığınacağını ziyarət ediblər
-
10:58
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:31
“Mançester Yunayted” “Nyukasl”ı məğlub etdi VİDEO
-
10:17
“Traktor” səfərdə büdrədi
-
10:00
Salah Misirə qələbə qazandırdı VİDEO
-
17:16
Azərbaycan cüdoçuları ilin son təlim-məşq toplanışını Şamaxıda keçirlər
-
16:38
Milli Paralimpiya Komitəsinin 2026-cı il üçün hədəfləri açıqlanıb
-
16:04
Azərbaycan klubuna azarkeşlərinin rəqibə hücumuna görə texniki məğlubiyyət verilib
-
15:49
Üç nəfər sənədlərin saxtalaşdırılmasına görə futboldan uzaqlaşdırılıb
-
15:27
Sxadadze 4 oyunluq cəzalandırıldı
-
15:13
AFFA 7 klubu cərimələdi
-
14:52
Azərbaycan Cüdo Federasiyası məşqçilər üçün seminar və imtahan təşkil edib
-
14:35
Gələcəkdə Sərsəng su anbarında da avarçəkmə üzrə yarışlar keçirilə bilər
-
14:21
Prezident bu idmançılara mənzil hədiyyə etdi
-
14:00
Prezident 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - YENİLƏNİB
-
13:38
Muarrem Muarremin yeni iş yeri bilindi
-
13:16
Azərbaycan gimnastları üçün antidopinq maarifləndirmə seminarı keçirilib
-
12:54
“Neftçi”nin sabiq baş məşqçisinin yeni iş yeri müəyyənləşdi
-
12:29
Millimizin basketbolçusu əməliyyat olunub
-
11:13
"Araz-Naxçıvan" Elmar Baxşıyevin gedişini açıqladı
-
10:47
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:00
Qara Qarayev “Araz-Naxçıvan” rəhbərliyinə təşəkkür edib
-
19:14
14 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi start götürüb
-
18:48
"Turan Tovuz"un qış hazırlıq planı müəyyənləşdi
-
18:25
Cavid İmamverdiyev: “Bu vəziyyətdə inkişafdan danışmaq mümkün deyil”
-
18:09
Güləş üzrə Azərbaycan çempionatının başlanma tarixi müəyyənləşib
-
17:35
"Karvan-Yevlax" legioneri ilə yollarını ayırıb
-
16:57
I Liqada ilin son oyunları keçirilib
-
16:23
Millimizin üzvü Yunanıstan Superkubokunun qalibi olub
-
15:42
Qara Qarayev “Araz-Naxçıvan”dan getdi
-
15:31
Məhkəmə "Fənərbaxça"nın prezidenti barədə qərar verdi
-
14:16
“Mübariz Mənsimov dedim ki, “Qarabağ”ın uğurlarını Lənkəranda da təkrarlamaq olar”
-
13:24
Azərbaycan idmançıları və idman mütəxəssisləri təltif edilib - SİYAHI
-
13:08
Çövkən üzrə Prezident Kuboku başa çatıb
28.12.2025
27.12.2025
26.12.2025
25.12.2025























