Digər idman növləri
Şəhriyar Məmmədyarov: “Ən çox onları sevindirmək üçün qalib gəlmək istəyirdim”
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun 1/4 finalında - tay-brekdə Rusiya təmsilçisi Sergey Karyakinə məğlub olan azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Dünya Kubokunun mətbuat xidmətinə müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Artıq tay-brekdə məğlub olduğun Sergey Karyakinlə görüşdən iki gün keçir. Yorğunluq hələ də qalıb?
- Yorğunluq o qədər hiss olunmurdu. 1/4 finala çox yaxşı hazırlaşmışdım. Turniri tərk etməyimə səbəb kimi yorğunluğu göstərmək düzgün deyil. Tay-brekdə iki bərabər səviyyəli şahmatçı üz-üzə gəldi. Bildiyiniz kimi 2012-ci ildə Sergey Karyakin rapid üzrə dünya çempionu olub. 2013-cü ildə rapid üzrə dünya çempionu mən olmuşam. Bu görüşdə bir şahmatçı qalib gəlməliydi, digəri isə turnirlə vidalaşmalıydı. Təəssüf ki, yarışla vidalaşmaq mənə nəsib oldu.
- Bəlkə Sergey Karyakinlə görüşün taleyini klassik partiyalarda həll etmək lazım idi?
- İlk klassik görüşdə çox yaxşı üstünlüyüm var idi. Qələbə qazanmaq üçün bir neçə variantdan istifadə etmək olardı. Həmin gedişləri görməmək bəxtsizlikdir. İkinci görüşdə hər ikimiz bir qədər ehtiyatlı davrandıq. Nəticədə ikinci görüş də heç-heçə başa çatdı. Bəlkə də tay-brekə saxlamaq lazım deyildi. Amma heç kim əvvəlcədən necə olacağını söyləyə bilməz. Dünya Kubokunda zəif şahmatçı yoxdur. Burada hər görüş sonuncu ola bilər. Mənim üçün 1/4 final sonuncu oldu.
- İndiyə qədər Sergey Karyakinlə keçirdiyin görüşlərin ümumi nəticəsi kimin xeyrinədir?
- Tay-brekdən sonra bununla maraqlandım. Təsəvvür edin, bütün görüşlərdə - həm klassik, həm də rapid görüşlərində ümumi nəticə mənim xeyrimədir. Sadəcə Dünya Kuboklarında Karyakinlə görüş alınmır. 2009-cu ildə Dünya Kubokunda 1/4 finala qədər irəliləmişdim. Ardıcıl dörd mərhələ keçdim. 1/4 finalda yenə də Karyakinə uduzdum. 6 il sonra Bakıda bu nəticə təkrarlandı.
- Demək olar ki, bəxt sənin tərəfində olmadı?
- Məğlubiyyəti bəxtsizliklə əlaqələndirməzdim. Sergey çox yaxşı şahmatçıdır. Bir-birimizi çox yaxşı tanıyırıq. Klassik partiyanın ilk görüşündə üstünlüyüm var idi, amma istifadə etmədim. Rapid görüşündə də üstünlük qazanmışdım. Lakin ilk dueldəki üstünlüyümdən yararlanmadım. On dəqiqəlik ilk partiyada oyun heç-heçəyə gedirdi. Çox fikirləşdim, sonra vaxtım bitdi - nəticədə məğlub oldum. Cavab görüşündə isə səhv etdim. Sadəcə daha çox irəliləmək istəyirdim. Dünya Kuboku Bakıda keçirildiyindən məsuliyyətimiz çox idi. İstəyirdim mümkün qədər yaxşı çıxış edim.
- Ümumilikdə Dünya Kubokundakı çıxışını necə qiymətləndirirsən?
- Bakıda keçirilən Dünya Kuboku rəqabət baxımından ən güclü kimi tarixə düşəcək. Çünki, yalnız dünya çempionu Maqnus Karlsen və hindistanlı Vişvanatan Anand iştirak etmədi. Digər güclülər Bakıda iştirakçılar sırasında idi. Çıxışımdan razıyam. İlk görüşdə Pouya İdaniyə qalib gəldim 1.5:0,5. İkinci görüşdə də qalib gələ bilərdim, sadəcə risk etmədim. Hou Yifanla görüşdə udmaq imkanlarım çox idi, amma hər şeyi tay-brekdə həll etdim. Hindistanlı Seturmanla ilk görüşdə qalib gəldim, ikinci dueldə üstünlüyüm olsa da, heç-heçəyə razılaşdım. Halbuki ümumi görüşü 2:0 hesabıyla başa vura bilərdim. 1/8 finalda Fabiano Karuana kimi güclü şahmatçı üzərində 1.5:0.5 hesablı qələbəni uğur hesab edirəm. Dünya Kubokunda rahat mübarizə aparmağı bacardım. Ümumilikdə reytinqimi 9 xal artırdım.
- Sergey Karyakinə məğlubiyyətdən sonra atanız Həmid müəllim nə dedi?
- Bu dəfə təsəlli verməyə çalışdı. Dedi ki, Dünya Kubokunda yaxşı oynadım. Bir qədər artırmaq lazımdır. Daha çox məşq etməliyəm. Bilirəm ki, o məndən çox həyəcan keçirirdi.
- Bundan sonra Şəhriyar Dünya Kubokunda kimin qalib gəlməsini arzulayacaq?
- Yarımfinalda mübarizə aparan bütün şahmatçılarla yaxşı münasibətim var. Pavel Elyanovla uzun müddətdir bir-birimizi tanıyırıq, mənə daha yaxın Karyakindir. Sergeylə münasibətimiz çox yaxşıdır. Buna görə də istərdim Dünya Kubokunu Sergey Karyakin qazansın.
- Dünya Kubokunun təşkilatçılığından bütün qonaqlar razı qaldı. Sənin fikirlərini bilmək maraqlı olardı...
- Dünya Kuboku ən yüksək səviyyədə keçirilir. İki il əvvəl Tromsedə baş tutan Dünya Kubokunu yəqin ki, hamı xatırlayır. Bizim Dünya Kubokunu Norveçdə keçirilən yarışla müqayisə etmək belə olmaz. Bütün şahmatçılar Bakıdakı təşkilatçılara təşəkkür etdi. İndi hamı səbrsizliklə gələn il baş tutacaq şahmat olimpiadasını gözləyir.
- Dünya Kuboku iddiaçılar turnirinə vəsiqə qazanmaq üçün son şans idi. Deməli bu mövsüm iddiaçılarda azərbaycanlı şahmatçı olmayacaq...
- Dünya Kubokuna hazırlıq zamanı əsas hədəf iddiaçılar turnirinə vəsiqə qazanmaq idi. Son üç mövsümdə bizim şahmatçılar bu yarışda təmsil olunub. Çox istəyirdim ki, bu dəfə də iddiaçıların turnirində iştirak edim. Düşünürdüm ki, yaxşı nəticə qazana bilərəm. Təəssüf ki, alınmadı. Lakin turnirin keçiriləcəyi məkan hələ bilinmir. Bəlkə Azərbaycan növbəti dəfə bu mötəbər yarışa ev sahibliyi etmək istəyər, o zaman təşkilatçı ölkə kimi azərbaycanlı şahmatçının iştirakı mümkün olar. Bütün hallarda Dünya Kuboku günlərində azərbaycanlı şahmatçılara dəstək olan hər kəsə təşəkkür edirəm. 1/8 və 1/4 finalda turnirin keçirildiyi məkanda boş yer tapmaq mümkün deyildi. Oyundan əvvəl zalda bu qədər insanı görmək çox xoş idi. Azərbaycanda şahmatın sevildiyini hər kəs bilir. Sadəcə bayram günlərində bu qədər insanın gələcəyi gözlənilməz oldu. Hamıya təşəkkür edirəm. Azarkeşlərin məğlubiyyətimə üzülməsini istəməzdim. Ən çox onları sevindirmək üçün qalib gəlmək istəyirdim.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- 19 illik rəqabətin növbəti hissəsi: “Turan Tovuz”un adı gənc futbolçularımız üçün motivasiyadır”
- “Neftçi”nin legioneri: “Bu, penaltidirsə, mən futbolla vidalaşaram”
- Azər Bağırovdan qələbə şərhi
- AFFA-dan hakimlərə xüsusi tapşırıq - ÖZƏL
- VI turun hakim təyinatları açıqlandı
- “Sabah”ın qolunu alqışlayan AFFA-nın vitse-prezidenti... - TƏƏSSÜRAT
- Elvin Məmmədov: “Bu dəqiqə o riski edə bilmərik”
- “Qurban olum, Qurban hocaya”
- Azərbaycan millisinin qrupunda 12:0 hesabı
- Zidan hazırda ən çox bəyəndiyi 3 futbolçunun adını açıqladı
- Türkiyə mətbuatı: "Abubakarı əvvəl “Beşiktaş”a aparmışdı, indi “Neftçi”yə..."
- Osihmen “Neftçi”nin futbolçusunun arzusunu puç etdi
- Bakı Olimpiya Stadionunun son durumu - “Qarabağ” burada necə oynasın?
- “Neftçi” transfer bombasını partladır: Abubakar bu gün gəlir!
- İmad Faraj: “Hakimlər hər tur “Neftçi”ni “öldürürlər”
-
18:57
"Turan Tovuz"dan qələbə, "Kəpəz" uduzdu
-
18:22
“Turan Tovuz”dan əzmkar qələbə VİDEO
-
18:11
Əyyub Allaş fərdi məşqlərə başlayıb
-
17:45
Azər Həşimov: “Məğlubiyyətə layiq deyildik”
-
17:00
Kurban Berdıyevdən qələbə şərhi
-
16:36
Uels Azərbaycan millisinə 7 qol vurdu
-
16:14
Abubakarın "Neftçi"dəki ilk məşqi VİDEO
-
15:48
Azərbaycanın paralimpiya çempionu dünya reytinqində liderliyini qoruyur
-
14:27
Azərbaycan klubu legioneri ilə yollarını ayırıb
-
13:53
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının tarixi dəyişdirilib
-
13:19
Benitesin yeni iş yeri bilindi
-
12:31
Cəbəllütariq klubundan tarixi qələbə
-
11:46
Futzal millimizin İslamiadadakı rəqibləri müəyyənləşib
-
11:24
Sloveniya UEFA reytinqində Azərbaycana yaxınlaşır
-
10:58
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:35
Yeniyetmə güləşçilərimiz Estoniyada 7 medal qazanıblar
-
10:17
Avropa çempionatı: İki boksçumuz finalda, biri yarımfinalda
-
09:43
"Fənərbaxça" "Ştutqart"a belə qalib gəldi VİDEO
-
18:21
Hamşikin oğlu Danimarka klubunda
-
17:33
Region birinciliyinin qalibləri müəyyənləşib
-
17:19
ATF-nin icraçı vitse-prezidenti Baş Assambleyada iştirak edib
-
16:57
“Səbail” qələbəni əldən verdi
-
16:04
“Şamaxı”dan ayrılan legioner ikinci liqa klubunda
-
15:26
PFL ayın ən yaxşı qolunun müəllifini mükafatlandırdı
-
14:45
İslamiadada Azərbaycanı təmsil edəcək cüdoçular açıqlanıb
-
14:32
Azərbaycanın FIFA referisi beynəlxalq təyinat alıb
-
14:18
“Sumqayıt” ötən ay heyətinə qatdığı oyunçu ilə vidalaşdı
-
13:53
Daha 3 boksçumuz Avropa çempionatının yarımfinalında
-
13:21
Navarro: "Qarabağ"la oyunda əziyyət çəkdik"
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:47
19 illik rəqabətin növbəti hissəsi: “Turan Tovuz”un adı gənc futbolçularımız üçün motivasiyadır”
-
12:14
“Qarabağ”ın futbolçusu avrokubokların tarixinə düşdü
-
11:59
"Beşiktaş" Konyadan qələbə ilə qayıtdı VİDEO
-
11:35
ÇL: “Araz-Naxçıvan”ın ilk 2 oyununun hakimləri bilindi
-
11:02
"Real" - "Yuventus" matçının taleyini 1 qol həll etdi VİDEO
-
10:48
Mikayıl Cabbarov dünya çempionatında uğurlu çıxış edən güləşçilərimizi təbrik edib
-
10:23
“Qalatasaray” “Budo-Qlimt”i 3 qolla üstələdi VİDEO
-
09:56
“Qarabağ”a 2 qol vuran futbolçu həftənin ən yaxşısı adına namizəd oldu
-
09:31
“Qarabağ” “San Mames”də xalsız qaldı VİDEO
-
09:17
Ernesto Valverde: "Qarabağ"ı özünə uyğun olmayan oyuna məcbur etdik"
-
09:00
Qurban Qurbanov: "Benfika" ilə matçdakı geridönüş burada da ola bilərdi"
-
22:36
"Qarabağ" "Atletik"ə məğlub oldu
-
19:14
Yamaldan daha bir rekord
-
18:51
İtaliya portalı: “Qurban Qurbanov “Qarabağ”ın ruhudur”
-
17:38
Azərbaycanlı mütəxəssis ÇL-in oyununa təyinat alıb
-
16:45
I Liqada VI tur start götürdü
-
16:03
"Qarabağ"ın U-19 komandası "Atletik"ə uduzdu
-
15:22
"Araz-Naxçıvan"ın ev oyunlarını keçirəcəyi stadion dəyişdi
-
14:17
"Napoli"nin ən ağır məğlubiyyəti
-
13:50
Ramalinqom: “Əsas mənim qol vurmağım yox, qələbənin ardını gətirməkdir”
24.10.2025
23.10.2025
22.10.2025























