5 Fevral 2026, Cümə axşamı
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb
XXII turun oyun cədvəli açıqlandı
"Qarabağ" yeni transfer edir

Digər idman növləri

Dünya Kuboku Bakı-2015: 2 yarımfinalçı bəllidi

Bakıda keçirilən şahmat üzrə dünya kubokunda artıq ilk yarımfinalçılar bəllidir. Futbolxeber.az-ın məlumatına görə, Hollandiya təmsilçisi Aniş Giri bu gün Fransa idmançısı Maksim Vaşer-Laqravı üstələməklə yarımfinala adlayıb. Eyni uğura ukraynalı Pavel Elyanov da imza atıb. Dünən Hikaru Nakamuranı (ABŞ) məğlub edən Elyanov bu gün heç-heçəyə nail olmaqla adını ən güclü 4 şahmatçı arasına yazdırıb.

Qeyd edək ki, dünya kubokunda son 2 yarımfinalçının adı sabah baş tutacaq tay-brek görüşlərindən sonra məlum olacaq. Yarışda mübarizəni davam etdirən yeganə şahmatçımız Şəhriyar Məmmədyarov Sergey Karyakinlə üz-üzə gələcək. Digər1/4 final cütündə isə Peter Svidler (Rusiya) Yi Vei (Çin) ilə qarşılaşacaq.

Şəhriyar Məmmədyarov yarımfinala adlasa, finala adlamaq üçün Pavel Elyanovla qarşılaşacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28