25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Digər idman növləri

Karyakin: "Sabah bütün azarkeşlər Şəhriyarın qələbə qazanmasını istəyəcək"

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun 1/4 final mərhələsində Sergey Karyakin Şəhriyar Məmmədyarova rəqib olub. Futbolxeber.az-ın məlumatına görə, 1/8 finalda Dmitri Andreykinə qalib gələn Karyakin təəssüratlarını Dünya Kubokunun mətbuat xidmətiylə bölüşüb: "Andreykinlə oynamaq çətindir. Bizim öz aramızda oyunların nəticəsi onun xeyrinədir. Bu gün qalib gəlməklə fərq bir qədər azaldı. Klassik şahmatda uğur qazanmaq mümkün olmadı. Tay-brek çətin idi, lakin nəticəni öz xeyrimə başa vurmağı bacardım".

Sergey Karyakin 1/4 finalda Şəhriyar Məmmədyarova rəqib olmasını belə xarakterizə edib: "Şəhriyar mənim dostumdur. Yaxşı şahmatçıdır. Ancaq sabah oyunda dostluq unudulacaq. Hər bir şahmatçı Dünya Kubokunun finalında oynamaq istəyir. Etiraf edim ki, mən ona, Şəhriyar da mənə qalib gəlməyə çalışacaq. İkimizdən biri yarışı tərk etməlidir. İndiyə qədər keçirilən görüşlərə nəzər salsaq ümumi nəticə Məmmədyarovun xeyrinə olar. Mənim üçün asan olmayacaq. Çünki, zaldakı bütün azarkeşlər Şəhriyarın qələbə qazanmasını istəyəcək. Dünya Kubokunda kifayət qədər inamlı təsir bağışlayır. Ona görə duelimiz maraqlı olacaq. Məmmədyarovla oynamaq hər bir rəqib üçün asan deyil".

Dünya Kubokunun mətbuat xidməti

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30