16 Aprel 2024, Çərşənbə axşamı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı
XXX turun hakim təyinatları

Digər idman növləri

Kramnik: "Doğma insanların yanında olması Şəhriyarı ruhlandırıb"

Şahmat üzrə Dünya Kubokunun son qalibi Vladimir Kramnik titulunu qoruya bilməyib. Futbolxeber.az-ın məlumatına görə, rusiyalı dünya çempionu mötəbər yarışın 1/16 final mərhələsində Dmitriy Andreykinə uduzmaqla yarışı tərk edib. Dünya Kubokunun mətbuat xidmətinə danışan Kramnik Andreykinin onun üçün uğursuz rəqib olduğunu deyib: "Ardıcıl ikinci dəfə Dünya Kubokunun indiyə qədər heç kim qazanmayıb. Çox istəyirdim bu uğura imza atım. Təəssüf ki, alınmadı. Dünya Kubokunda rəqabət çox güclüdür. Demək olar ki, hər gün oyun var. İstirahət günü hər şahmatçıya dincəlmək nəsib olmur. Bu mənada sona qədər mübarizə aparmaq asan deyil. Fikir verin, Kamski, Gelfand kimi şahmatçılar turniri erkən tərk etdi. 116 finaldakı görüşümə gəlincə ümumiyyətlə Andreykin mənim üçün uğurlu rəqib deyil. O hər zaman mənə qarşı yaxşı oynayır. Səhv etmirəmsə keçirdiyimiz partiyaların nəticələrində böyük fərq yoxdur. Amma deyəsən mənim xeyrimə deyil. Klassik partiyada heç-heçə oynadıq. Tay-brekdə isə Andreykin uğur qazandı. Deməli Dünya Kubokunda mübarizəni dayandırmalıyam".

Maraqlıdır ki, 2013-cü ildə keçirilən Dünya Kubokunun finalında Kramnik məhz Andreykinə qalib gəlib. Onun sözlərinə görə Andreykinlə hər bir oyun yeni mübarizə olur: "İki il əvvəl mən qalib gəlmişdim. Bu dəfə tay-brekdə alınmadı. Həmin oyunun revanşı olduğunu söyləməzdim. Sadəcə rəqibim qalib gəldi. Ona uğurlar arzu edirəm".

Dünya Kubokuyla bağlı proqnoz verməyən Kramnik finalçıların adını çəkməyə çətinlik çəkib: "Qarşıda bir neçə mərhələ var. Ona görə finalda kimlərin olacağını deyə bilmərəm. Hər bir şahmatçı finala vəsiqə qazanmaqla iddiaçılar turnirində oynamaq istəyir. Finalçıların adını söyləmək üçün heç olmasa yarımfinalı gözləmək lazımdır. Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarovu qeyd edə bilərəm. Məmmədyarov çox yaxşı oyun nümayiş etdirir. Doğma insanların yanında olması onu ruhlandırıb".

Təşkilatçılıq barədə danışan rusiyalı dünya çempionu Azərbaycanda özünü yaxşı hiss etdiyini deyib: "Təşkilatçılıq barədə şərh verməyə ehtiyac yoxdur. Hər şey yüksək səviyyədədir. Sadəcə biz şahmatçıların bütün diqqəti Dünya Kubokuna yönəlib. Ona görə bəzən hər bir detalı görmək imkanımız olmur. Məsələn, mənə dedilər naharda həm yerli, həm də Avropa mətbəxinə yer ayrılıb. Amma inanın fikir verməmişəm. Nahara gələndə tələsik yeyirəm. Çünki, oyuna az vaxt qalır, hazırlaşmaq vacibdir. Avropayla saat fərqi olduğu üçün ilk günlər səhər tezdən oyanmaq mənim üçün çətin olurdu, sonradan öyrəşdim. Lakin yenə də səhər tezdən oyanmıram.  Şəmkirdə olanda da oyanmaqla bağlı problem olurdu".

Bakıda turnir günlərində istirahətinə gəlincə Kramnik "Barselona" klubunun azarkeşi olduğunu söyləyib: "İmkan olanda bir-iki saat havada gəzirəm. Futbola baxmaq istəyirdim, amma alınmadı. Rusiya klublarının avrokubokdakı matçlarını izləyirəm. Və təbii ki, "Barselona"nın oyunlarına baxıram. Bu komandanın azarkeşi olduğumu gizlətmirəm. Yadımdadır, 2002 yoxsa 2003-cü il idi. "Barselona"nın stadionunda oyuna baxırdım. Həmin görüş Messinin klubda ilk oyunlarından biri idi. Leo fərqli hərəkətlər edirdi. O vaxtdan diqqətimi cəlb etdi. Messi həqiqətən yaxşı futbolçu, komandanın lideridi".

Dünya Kubokunun mətbuat xidməti




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30