29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

“Teymur Rəcəbovu çox fikirləşməyə məcbur etdim”

Bakıda təşkil edilən şahmat üzrə Dünya Kubokunda 1/8 finalda mübarizəni davam etdirən Rusiya təmsilçisi Pyotr Svidler Dünya Kubokunun mətbuat xidmətinin suallarına cavab verib. Futbolxeber.az-ın məlumatına görə, Svidler ilk olaraq 1/8 finaldakı rəqibi - bolqar şahmatçı Veselin Topalovla ilk görüşü barədə danışıb: "Partiya asan olmadı. Topalov çox yaxşı müdafiə olunurdu. Bununla belə qələbə qazanmağı bacardım. Dünya Kubokunun reqlamenti çox mürəkkəbdir. Ona görə hər oyun diqqətli olmaq vacibdir. 1/8 finaldakı rəqibim Topalov turnirin reytinq favoritidir. Deməli ikiqat diqqətli oynamalıyam".

Pyotr Svidler əvvəlki mərhələdə - 1/16 finalda tay-brekdə məğlub etdiyi Azərbaycan şahmatçısı Teymur Rəcəbovla görüşdə vaxt amilinin həlledici rol oynadığını deyib: "İki klassik görüşdə qalib olmadı. Sürətli şahmatdakı ilk oyunda Teymurun üstünlüyü var idi. Sadəcə təhlükə sovuşdu. İkinci görüşdə fərqli oynadım və rəqibi daha çox fikirləşməyə məcbur etdim. Rəcəbovun vaxtı çox az idi. Ona görə bir qədər tez qərar qəbul etməyə məcbur olurdu. Fikrimcə vaxtın az olmasına görə Rəcəbov vəziyyətdən çıxa bilmədi".

Dünya Kubokunun iştirakçıları barədə danışan Svidler rəqabətin güclü olduğunu bildirib: "Dünya Kuboku tarixində ən güclü yarış Bakıda keçirilir. Demək olar ki, planetin əksər güclü şahmatçıları yarışda iştirak edir. Baxmayaraq ki, Qata Kamski, Boris Gelfand, Vladimir Kramnik kimi şahmatçılar mübarizəni dayandırıb.Əsl mübarizə irəlidədir. Finala qədər uzun yol var. Ardıcıl oyunlar keçirmək müəyyən mənada yorğunluq yaradır. Ona görə çalışıram imkan daxilində açıq havada gəzişim. Fikrimcə qarşıdakı oyunlar daha maraqlı olacaq və biz əsl mübarizə izləyəcəyik".

Mötəbər yarışın təşkilatçılığı barədə danışan Svidler oteldəki şəraiti xüsusi qeyd edib: "Karyeram ərzində belə gözəl oteldə qalmamışam. İnanın, doğru sözümdür. Bizim üçün burada hər cür şərait var. Şahmatçılara oteldə krallara layiq şərait yaradılıb. Ümumiyyətlə Bakıda keçirilən hər bir yarış yüksək təşkilatçılıqla seçilir. Buna görə şahmatçılar hər zaman Bakıya böyük sevinclə gəlir. Əminəm ki, gələn il Bakı şahmat olimpiadasını da əla səviyyədə keçirəcək".

 

Dünya Kubokunun mətbuat xidməti

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31