28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Şəhriyar Məmmədyarov: "İstəməzdim qalib tay-brekdə məlum olsun"

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/32 final mərhələsinin cavab görüşləri keçirilib. Futbolxeber.az-ın məlumatına görə, Şəhriyar Məmmədyarov qadınlar arasında dünya çempionu Xou Yifanla növbəti dəfə heç-heçə oynayıb. Məmmədyarov partiya haqda bunları deyib: "Bu gün qələbə qazanmaq istəyirdim. Oyunun əvvəlində üstünlük qazandım və hücum qurmağa çalışdım. Üstünlüyü hiss edirdim və buna görə sona qədər təzyiq göstərməyə çalışdım. Sadəcə risk etməkdən imtina etdim. Reqlament elədir ki, risk özünü doğrultmaya bilər. Bu mənada risk etsəydim nəticə fərqli də ola bilərdi. Risk etməyərək tay-brekə razılaşdım. Xou Yifan çox yaxşı oynadı. Kişi şahmatçılar kimi əzmkarlıq göstərdi. Bir çox kişi qrossmeysterlərə başağrısı olub. Ona görə onu ciddi rəqib kimi qəbul etmək lazımdır".

Şəhriyar Məmmədyarovla Xou Yifan arasında hər iki görüş heç-heçə başa çatdığı üçün qalib tay-brekdə müəyyənləşəcək. Məmmədyarov tay-brekdə qələbə qazanmağa çalışacağını söyləyib: "Sürətli şahmatda bir qədər fərqlidir. Cəld olmaq və tez fikirləşmək lazımdır. Sürətli şahmat üzrə dünya çempionuyam. Buna görə statusumu doğrultmalıyam. Sözsüz istəməzdim hər şey tay-brekə qalsın. Belədə istirahət qazanacaqdım. Bununla belə həlledici görüşdə məsələni həll etməliyəm".

Dünya Kubokunun mətbuat xidməti




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31