29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Qədir Hüseynov: “Bununla kifayətlənmək fikrim yoxdur”

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun 1/32 final mərhələsində Çexiya təmsilçisi David Navaraya qalib gələrək növbəti mərhələyə adlayan Qədir Hüseynovun iştirakı ilə mətbuat konfransı keçirilib. Futbolxeber.az-ın məlumatına görə, Hüseynov ilk öncə Navaraya qarşı keçirdiyi ikinci partiyadan söz açıb: “Dünənki oyundan sonra hesabda öndə idim. Amma mənim strategiyam bu turnirdə hər oyunda qələbə qazanmaqdı. Bu gün də qalib gələ bilərdim. Rəqibdən fərqli olaraq, məndə həyəcan yox idi. Çünki bilirdim ki, ən pis halda tay-brekim var”.

Qədir Hüseynov növbəti mərhələdə Liren Dinq (Çin) - Ernesto İnarkiyev (Rusiya) cütünün qalibi ilə üz-üzə gələcək. Bunla bağlı şahmatçımız deyib: “Liren Dinq ilk oyunda qalib gəlib. O, Çinin bir nömrəsi, üstəlik dünyada 7-8-ci şahmatçıdı. İtiriləsi heç nə yoxdu, mübarizə aparıb nəticəni fikirləşmək lazımdı. Əvvəlki mərhələdələrdəki rəqiblərim də məndən reytinq baxımından üstün idilər. Amma rəqiblə mübarizə aparmaq lazımdı. Çəkinsən, o özünü rahat hiss edəcək”.

Hüseynov qeyd edib ki, karyerasında ilk dəfədir ki, dünya kubokunda 2 mərhələ adlamağa müvəffəq olub: “Bu yarışa ciddi hazırlaşmışam. Təbii ki, həyəcan var. Amma komanda yarışlarında həyəcan daha çox olur. Mənə verdiyi dəstəyə görə Azərbaycan Şahmat Federasiyasına minnətdarlıq etmək istərdim. Bu, karyeramdakı 3-cü dünya kubokudu. İlk dəfə birinci mərhələni adlaya bilmişdim. Növbəti yarışda Vesli Souya tay-brekdə uduzdum. Birinci dəfədir ki, iki mərhələ keçirəm. Bununla kifayətlənmək fikrim yoxdur. Çalışacağam ki, daha da irəliləyim”.

Sabah istirahət edəcək şahmatçımız vaxtının müəyyən hissəsini ailəsi ilə birgə keçirmək istədiyini vurğulayıb: “Oğlumu görmək istəyirəm. Artıq 3 gündür ki, onu görmürəm və çox darıxmışam. Sabah ailəmim yanında olmaq istəyirəm. Həmçının də 1/16 finala ciddi hazırlaşmalıyam. Ata olduqdan sonra məsuliyyətim daha da artıb. Müəyyən problemlər var. Onları yoluna qoyduqdan sonra daha yaxşı çıxış edəcəyəm”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31