16 Aprel 2024, Çərşənbə axşamı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı
XXX turun hakim təyinatları

Digər idman növləri

Qədir Hüseynov: "İkinci görüşdə ona uduzmamalıydım"

Bakıda keçirilən şahmat üzrə Dünya Kuboku davam edir. Təmsilçimiz Qədir Hüseynov bir oyun qalib gəlib, digər oyunda məğlub olduğu Maksim Matlakovu tay-brekdə hər iki oyunda məğlub edərək mübarizəni növbəti mərhələdə davam etdirmək hüququ qazanıb. Futbolxeber.az-ın məlumatına görə, Rusiya şahmatçısını mübarizədən kənarlaşdıran Qədir Hüseynov fikirlərini Dünya Kubokunun mətbuat xidmətiylə bölüşüb: "İlk görüşdə ağ fiqurlarla oynayırdım. Debütdən sonra rəqibin vəziyyəti daha yaxşı idi. 20-ci gedişdən sonra hər ikimizin vaxtı az idi. Bu zaman daha yaxşı oynayaraq 40-cı gedişdən sonra üstünlük qazandım. Yekunda üstünlüyümü xala çevirdim, qələbə qazandım. İkinci görüşdə inanılmaz vəziyyətdə uduzdum. Maqnus Karlsen və ya dünya yığması gəlsin həmin vəziyyətdən çıxmaq inandırıcı görünmürdüm. Kompyuter -11 göstərirdi. Halbuki artıq -2 göstərəndə təslim olmaq düzgün qərar hesab edilir. Qələbəyə aparan gedişi görmədim, bu çox ağır idi. Sonda uduzdum. Həmin məğlubiyyətdən sonra inanmırdım ki, özümə gələcəm. Düzünü desəm, hazırda da sevincim tam deyil. İkinci görüşdəki məğlubiyyəti qəbul etmək mümkün deyil. Qalib gəlsəydim reytinqimə da təsir edəcəkdi. Üstəlik istirahət günü dincəlmək imkanım olacaqdı.  Tay-brekə heç hazırlaşmadım. Həyəcan itmişdi, amma uğur qazanmaq istəyirdim. Tay-brekin ilk görüşündə rahat oynadım və qalib gəldim. İkinci görüşdə heç-heçə lazım idi, amma hücum etdim və yenə qələbə qazandım".

Qədir Hüseynov növbəti rəqibi turnirin reytinqə görə 22-ci şahmatçısı David Navarayla görüş haqda bunları dedi: "Kifayət qədər güclü şahmatçıdır. Şahmat aləmi onu centelmen şahmatçı kimi tanıyır. Reytinqə görə dünya sıralamasında ilk 20-yə yaxın mövqedə qərarlaşıb. Sözsüz asan rəqib yoxdur. Sona qədər mübarizə aparmaq vacibdir. Əsas odur ki, öz şansını buraxmayasan. Özünə inanmalısan".

Dünya Kubokunun mətbuat xidməti




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30