29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

“Bundan sonra Dünya Kubokunda Məmmədyarovla Rəcəbova azarkeşlik edəcəm”

Bakıda keçirilən şahmat üzrə Dünya Kuboku 2015-də ilk mərhələnin görüşləri başa çatıb. Futbolxeber.az-ın məlumatına görə, ilk mərhələdə iki görüşün nəticəsinə görə məğlubiyyət acısı yaşayaraq Dünya Kubokunu tərk edənlər sırasında ABŞ təmsilçisi Qata Kamskiy də var. Azərbaycanı tərk etməzdən əvvəl məşhur şahmatçı təəssüratlarını bölüşüb: “Bu dəfə Dünya Kuboku mənim üçün uğurlu olmadı. Düzünü deyim ki, böyük nəticə gözləmirdim. Yarışa istədiyim kimi hazırlaşa bilmədim. Vaxt azlığına görə lazımi hazırlıq olmadı. ABŞ-da bir sıra turnirlərdə iştirak edirəm. Ona görə Dünya Kubokunu erkən tərk etməyim mənim üçün sürpriz olmadı. Şahmat bütün dünyada inkişaf edir, cavan nəsil yetişir. Bəlkə də ilk mərhələni keçmək olardı, bununla belə irəli gedə bilməyəcəkdim”.

Dünya Kubokununun təşkilatçılığı barədə danışan Kamskiy yarışın keçirildiyi otel haqda xoş sözlər deyib: “Hər dəfə Bakıda olan təəccüblənirəm. Bu dəfə otelin keçirildiyi binalar məni heyran etdi. Şahmatçılar üçün hər cür şərait yaradılıb. Bizə yaradılan şəraitdən razıyam. Təəssüf ki, bu dəfə Bakını tez tərk edirəm”.

Dünya Kubokunun iştirakçıları barədə danışan Qata Kamskiy gənc şahmatçıları xüsusi qeyd etdi: “İstərdim gənc şahmatçılar uğurlu çıxış etsin. Bəzən şahmatda eyni soyadları eşitmək adamı yorur. Axı hər turnirdə eyni adlar qalib gələndə insan üçün adiləşir. Sözsüz reytinq favorit Topalovdur. Lakin mən gənc şahmatçılardan uğur gözləyirəm. Dünya Kubokunu tərk edəndən sonra dostlarıma azarkeşlik edəcəm. Məmmədyarovla Rəcəbovun uğur qazanmasını istərdim. Onlarla uzun müddət eyni komandalarda çıxış etmişik”.

Şahmatla bağlı bütün suallara cavab verən ABŞ təmsilçisi yeni saç düzümünün ona xoş olduğunu deyib: “Şahmatdan çox saç düzümümlə bağlı soruşurlar. Uzun müddət qısa saç saxlamışam. İndi isə uzun saçlarım var. Mənə belə xoşdur. Deməli belə olmağı məsləhətdir”.

Dünya Kuboku-2015 mətbuat xidməti




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31