29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Digər idman növləri

"Karuanadan çox "Mançester Yunayted"in oyunu barədə düşünürəm"

Daha bir şahmatçımız Bakıda keçirilən Dünya Kubokunda növbəti mərhələyə vəsiqə qazanıb. Futbolxeber.az-ın məlumatına görə, Rauf Məmmədov Rusiya təmsilçisi, Avropa çempionu Yevgeni Nayeri (1:0; 0,5:0,5) mübarizədən kənarlaşdırıb. Partiyadan sonra keçirilən mətbuat konfransında Rauf oyununu belə şərh edib: "Bu gün çox maraqlı oyun izlədik. Səhər gedişləri müzakirə edərkən partiyanın necə gedəcəyini düşünürdüm. Rəqib məğlub olduğundan ona qələbə vacib idi. Nayer heç bir sürpriz göstərmədi. Əvvəllər üç dəfə Dünya Kubokunda ilk mərhələdə mübarizəni dayandırmışam. Uğursuz seriyaya son qoymaq yaxşı oldu".

Növbəti mərhələdə Məmmədovun rəqibi ABŞ təmsilçisi Fabiano Karuana olacaq. Rauf hələlik bu görüş barədə düşünmədiyini dedi: "Hazırda mən Karuana deyil, daha çox "Mançester Yunayted" - "Liverpul" görüşü haqda fikirləşirəm. Karuana kimi şahmatçıya qarşı oynamaq çox maraqlıdır. Fabiano çox güclü rəqibdir. Şəmkirdə ona qarşı mübarizə aparmışam. Tay-brek barədə düşünmürəm. Karuana qarşı klassik oyunlara hazırlaşmalıyam. Çətin və maraqlı olacaq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31