8 Noyabr 2025, Şənbə
Sxadadze azarkeşlərdən üzr istədi
Saşa İliç qələbəni şərh etdi
Millimiz Özbəkistaba məğlub oldu
Kadi uzun müddətə sıradan çıxdı

Digər idman növləri

Federasiya Kubokunun qalibləri müəyyənləşib

Azərbaycan Velosiped İdmanı Federasiyasının 2015-ci ildəki təqvim planına uyğun olaraq, Dağ Velosipedi Parkında Açıq Federasiya Kubokunun 2-ci mərhələsi keçirilib. Futbolxeber.az-ın məlumatına görə, yarışda peşəkar idmançılarla yanaşı, həvəskar dağ velosipedçiləri də iştirak edib.

Reqlamentə əsasən, Elit və U-23 yaş kateqoriyasında mübarizə aparan iştirakçılar 2.1 km-lik marşrut boyunca 7 dövrə vurublar. Gözlənildiyi kimi, bu yaş qrupunda çempion adını Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin təmsilçisi Aqşin İsmayılov qazanıb. Onun komanda yoldaşları Orxan Məmmədov və Vüsal Abuşov müvafiq olaraq 2-3-cü yerləri bölüşüb.

Gənclər və U-17 yaş qrupunun velosipedçilərinin mübarizəsi 4 dövrə davam edib. Burada da Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin velosipedçisi Samir Şıxəlizadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həmin məktəbin üzvü Kamil Sərkərov 3-cü olub. 2-ci yerə isə “SOCAR” komandasının üzvü Vüqar Nəsibov layiq görülüb.

Və nəhayət, 3 dövrə mübarizə aparan 15 yaşadək idmançılar arasında Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbini təmsil edən Osman Qəhrəmanov hamını qabaqlayıb. Sonrakı 2 yeri “Atasport” klubundan Bəylər Ağayev və “SOCAR”dan Növhər Nuriyev tutub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30