3 Aprel 2026, Cümə
Millimiz FIFA reytinqində irəlilədi
"Kəpəz" 6500 manat cərimələndi
Sevinməyin adamına görə dəyişməkliyi
Vaqif Cavadov Azərbaycan millisində

Digər idman növləri

“Neftçi İdman Klubu”nun üzvü Azərbaycan sərbəst güləş tarixinə düşdü

Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində keçirilən güləş üzrə Dünya çempionatı davam edir. Futbolxeber.az-ın məlumatına görə, sərbəst güləş yarışlarında 61 kq çəki dərəcəsində mübarizə aparan "Neftçi İdman Klubu"nun üzvü, ötənilki Dünya və Avropa çempionumuz Hacı Əliyev bu dəfə də finala qədər maneəsiz irəliləyib. Moldovadan Andrey Perpelita, Yaponiyadan Masakazu Kamoi, yarımfinalda isə bolqar Vladimir Dubov güləşçimiz qarşısında tab gətirməyib. Finalda Hacı Əliyevin rəqibi Monqolustandan Nomin Batbold olub. Rəqibinə vaxtından əvvəl qalib gələn güləşçimiz ikinci dəfə Dünya çempionatının qızıl medalına yiyələnib və Azərbaycan sərbəst güləş tarixində ilk ikiqat Dünya çempionu adını qazanıb (neftchi.org).








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30