15 Noyabr 2019, Cümə
XIII turun oyun cədvəli açıqlandı
UEFA-dan Əliyara növbəti təyinat
Millimizin heyətində şok itki
Emil Balayev: “Tobol”da qalıram”

Digər idman növləri

Velosipedçimiz Slovakiyada 6-cı oldu

Azərbaycanın şosse velosipedi üzrə gənclərdən ibarət yığma komandasının 4 üzvü - Musa Mikayılzadə, Tərlan Məmmədov, Kənan Qəhrəmanlı və Xəlil Xəlilov Slovakiyada keçirilən sayca 52-ci "Beynəlxalq Velosiped Günü" turnirində mübarizə aparıblar. Futbolxeber.az-ın məlumatına görə, 10 ölkədən 117 velosipedçinin iştirak etdiyi yarışın ilk günü idmançılar əvvəlcə dağ yolları ilə 7 km məsafə qət ediblər. Burada təmsilçilərimizdən ən yüksək nəticəyə Musa Mikayılzadə imza atıb - 8-ci yer. Elə həmin gün yarış iştirakçıları kriterium ötüşməsində də mübarizə aparıblar və Kənan Qəhrəmanlı finişi 8-ci keçib.

İkinci yarış günündə isə 84 km məsafəyə qrup ötüşməsində Kənan Qəhrəmanlı 12-ci olub. Bu amil velosipedçimizə ümumi təsnifatda 6-cı yeri tutmağa imkan verib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30