26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Azərbaycan millisi Avropa çempionatında vahid lider oldu

Binə qəsəbəsindəki “Elit Atçılıq və Polo” klubunda, Polo üzrə Avropa çempionatı davam edir. Futbolxeber.az-ın məlumatına görə, yarışın 3-cü günü Azərbaycan milli komandası, İrlandiya seçməsi ilə qarşılaşıb. Görüş seçməmizin 7:4 hesablı qələbəsi ilə başa çatıb. Bununla da komandamız ardıcıl 3-cü qələbədən sonra xallarının sayını 6-ya çatdıraraq turnir cədvəlinin vahid liderinə çevrilib. Günün digər görüşündə ilk olaraq meydana İsveçrə və İtaliya komandaları çıxıblar. Oyun İsveçrə təmsilçilərinin aşkar üstünlüyü şəraitində başa çatıb 11:1. Ardınca Almaniya seçməsi İspaniya komandasını sınağa çəkib. Görüş Almaniyalı polo ustalarının 8:5 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticələrdən sonra Polo üzrə Avropa çempionatında 3 günlük fasilə yaranıb. Yarışın növbəti mərhələsi əvvəlki 3 turda olduğu kimi qapalı manejdə deyil, açıq havada, yaşıl örtüklü meydanda keçiriləcək. Sentyabrın 10-u ilk olaraq meydana Azərbaycan və İsveçrə komandaları çıxacaqlar. Görüş saat 17:00-da başlayacaq. Saat 18:00-da isə İtaliya komandası Almaniya poloçuları ilə üz üzə gələcək. 4-cü turda keçiriləcək son oyun saat 19:15-ə təsadüf edəcək. Meydana İrlandiya və İspaniya komandaları çıxacaqlar.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30