19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Boksçumuz Avropa çempionatında bürünc medal qazanıb

Bolqarıstanın Samokov şəhərində boks üzrə Avropa çempionatı keçirilib. APA-nın məlumatına görə, yarışda 41 ölkədən 241 boksçu mübarizə aparıb. Çempionatda hər çəkidə ilk altı yeri tutan dəri əlcək ustaları oktyabrda Qətərdə keçiriləcək dünya birinciliyinə vəsiqə qazanmaq imkanı əldə ediblər.

Azərbaycanın səkkiz boksçusu birinci Avropa Oyunlarında dünya çempionatına lisenziya əldə etdiklərindən Bolqarıstanda yalnız bir idmançımız rinqə çıxıb. Məşqçilər korpusu 49 kiloqram çəki dərəcəsində yeniyetmələrin Olimpiya Oyunlarının qalibi Rüfət Hüseynovu sınamağı qərara alıb.

Avropa çempionatında 49 kiloqram çəki dərəcəsində 14 boksçu gücünü sınayıb. Həmyerlimiz ilk görüşünü Gürcüstan idmançısı Mixail Kazanjianiyə qarşı keçirib. Boksçumuz bu qarşılaşmadan qalib ayrılaraq dörddəbir finalda Yulian İvanov (Moldova) ilə üz-üzə gəlib. Rəqibini məğlub edən R.Hüseynov yarımfinaladək inamla irəliləyib və mükafatçılar sırasına düşməyi bacarıb. Bu mərhələdə həmyerlimiz britaniyalı Horn Harveyə məğlub olaraq bürünc medalla kifayətlənib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30