20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Avropa Çempionatında 8 velosipedçimiz yarışacaq

Avqustun 6-9-da Estoniyanın Tartu şəhərində velosiped idmanının şosse növü üzrə U-23 və gənclər kateqoriyası üzrə Avropa çempionatı keçiriləcək. Futbolxeber.az-ın məlumatına görə, nüfuzlu yarışda Azərbaycanın idman şərəfini 8 velosipedçi qoruyacaq.

Yarışın proqramına əsasən, velosipedçilərimiz avqustun 7-də fərdi, 9-da isə qrup ötüşməsində çıxış edəcəklər. Heyətə gəlincə, gənclər arasında Kənan Qəhrəmanlı, Tərlan Məmmədov, Maksim Naperstkov və Nicat Oruczadə mübarizə aparacaq.

U-23 yaş kateqoriyasında isə "Synergy Baku" kontinental komandasının da şərəfini qoruyan Samir Cəbrayılov, Elgün Əlizadə, İsmayıl İlyasov və Ənvər Asanov bacarığını nümayiş etdirəcək. Xatırladaq ki, Avropa çempionatları tarixində ən yüksək nəticəmizə ötən il İsveçrədə keçirilən yarışda Elgün Əlizadə imza atıb - həmin vaxt gənclər arasında çıxış edən təmsilçimiz qrup ötüşməsində 12-ci yeri tutmuşdu.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30