19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Vüqar Həşimov Memorialı başa çatdı

Avropa çempionu, Avropa və dünya çempionatlarının altıqat vitse-çempionu, Ümumdünya Şahmat Olimpiadasının gümüş mükafatçısı, mərhum Vüqar Həşimovun xatirəsinə həsr edilən və sayca ikinci dəfə keçirilən beynəlxalq turnirə yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, Vüqar Həşimovun ad günündə Bakıdakı 6 nömrəli məktəb-liseydə start götürən turnirdə 8-10-12 yaşadək oğlanlar və qızlar, o cümlədən dünya və Avropa çempionatlarının mükafatçıları, Azərbaycan birinciliyinin iştirakçıları və beynəlxalq əmsalı 1700-dən yüksək olan şahmatçılar mübarizə aparıb.

Bağlanış mərasimində Vüqar Həşimovun atası Qasım Həşimov və turnirin direktoru Anar Allahverdiyev yüksək səviyyədə keçirilən yarışın şahmatın təbliğində rolundan danışıb. Çıxışlardan şahmatçımız Vüqar Həşimovun karyerası ərzində qazandığı uğurlar barədə də geniş söhbət açılıb. Vətənini hədsiz dərəcədə çox sevən Vüqarın bütün qələbələrini Azərbaycana həsr etdiyi xüsusi vurğulanıb.

Sonra rejissor Ülviyyə Könülün çəkdiyi "Vüqar Həşimovun təbəssümü" adlı qısametrajlı sənədli film nümayiş olunub.

Ardınca qaliblərə mükafatlar təqdim olunub. Fəxri kürsünün ən yüksək pilləsinə Bakı şahmatçısı Məhəmməd İsmayılov qalxıb. Əməkdar məşqçi Anar Allahverdiyevin yetirməsi olan şahmatçı 9 oyundan 7,5 xal toplayıb. Gümüş medala layiq görülən Əhməd Əhmədzadə qaliblə eyni xalı toplasa da, əlavə göstəricilərə görə ikinci yeri tutub. Bürünc mükafata isə beynəlxalq turnirin reytinq favoriti hesab olunan Məhəmməd Muradlı layiq görülüb. Dördüncü yeri Gürcüstan şahmatçısı Nikolozi Kaçarava, beşinci yeri isə Naxçıvan təmsilçisi Sadiq Məmmədov tutublar. Vüqar Həşimov kuboku ilə təltif olunan Məhəmməd İsmayılov və gümüş mükafatın sahibi olan Əhməd Əhmədzadə, eyni zamanda, “Baku Open 2015” və “Nakhchivan Open 2015” festivallarında iştirak etmək imkanı əldə ediblər.

Turnirdə, həmçinin müxtəlif nominasiyalar üzrə qaliblər də mükafatlandırılıblar. Hər yaş qrupunun qalibləri olan oğlanlar və qızlar qiymətli hədiyyələr, medallar və diplomlarla təltif olunublar.

Qeyd edək ki, beynəlxalq turnirdə Azərbaycan şahmatçıları ilə yanaşı, Rusiya, İran, Gürcüstan və Fransa nümayəndələri də iştirak ediblər. Doqquz turdan ibarət olmaqla keçirilən Vüqar Həşimov memorialında 110 yeniyetmə şahmatçı mübarizə aparıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30