23 Avqust 2019, Cümə
III turun oyun cədvəlini açıqlandı
"Estremadura" Mahirdən imtina edir
Milli komandamız PES-2020-də
Xanım Dabo da Bordindən narazıdı

Digər idman növləri

Bəxtiyar Abbasov Artyom Şokaloya qarşı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi, qarışıq döyüş növlərində (MMA) çıxış edən Bəxtiyar Abbasov bu gün növbəti döyüşünə çıxacaq. Futbolxeber.az-ın məlumatına görə, həmyerlimiz Rusiyanın Krasnodar şəhərində təşkil olunacaq “Tech-Krep FC-PRIME Selection” adlı döyüş gecəsində iştirak edəcək. 84 kq çəki dərəcəsində qüvvəsini sınayacaq Abbasov ukraynalı Artyom Şokalo ilə üz-üzə gələcək. İdmançımızın rəqibi indiyədək keçirdiyi 14 peşəkar döyüşdə 11 qələbə qazanıb, 3 dəfə məğlubiyyətə üzülüb. 22 yaşlı Şokalo Ukraynanın “ABİ Çest” klubunun üzvüdür. 188 santimetr boya malik idmançı pankration üzrə Ukrayna, kompo karate üzrə Avropa çempionatının gümüş mükafatçısıdır. “Triolan” döyüş liqasının ikiqat qalibi həm də fri-fayt üzrə Karpat kubokunun sahibidir. Boyu 177 santimetr olan Abbasovun hesabında 16-sı qələbə, 2-si məğlubiyyət olmaqla, 18 döyüş var. 30 yaşlı idmançımız 5 ildən artıqdır peşəkar MMA döyüşlərində çıxış edir. 16 dəfə qalib gələn Bəxtiyar görüşlərinin əksəriyyətini ilk raunddaca başa vurub. O, PROFC-GPG-un qalibi, pankration, sambo, döyüş sambosu, ciu-citsu, əlbəyaxa döyüş üzrə dünya çempionudur. Döyüş sambosunda Avropa çempionu olan idmançımız sambo üzrə dünya kubokunun qalibi, sambo və cüdo üzrə Azərbaycan çempionu, həmçinin cüdoda beynəlxalq dərəcəli idman ustasıdır.

 

 


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31