25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

“Neftçi İdman Klubu”nun rəsmi saytı fəaliyyətə başladı

“Neftçi İdman Klubu” İctimai Birliyinin rəsmi internet səhifəsi - “neftchi.org” saytı artıq fəaliyyətə başlayıb. Futbolxeber.az-ın məlumatına görə, öz zənginliyi ilə seçilən sayt bir neçə bölmədən ibarətdir.

Klub bölümündə rəhbərlik, klub, struktur, tarix və dəyərlərimizlə tanış olmaq mümkündür. Xəbərlər bölməsində klubun fəaliyyəti, idmançıların müxtəlif səviyyəli yarışlarındakı çıxışları və əldə etdikləri nailiyyətlər haqda ən yeni məlumatlar yer alır.

İdman növləri bölümündə klubda mövcud olan çoxsaylı idman növləri müxtəlif sektorlara bölünərək yerləşdirilib: təkmübarizlik növləri, oyun idman növləri, döyüş növləri, silsiləvi və tətbiqi idman növləri və paralimpiya sektoru. Uğurlar bölməsində muzey, çempionlar və hesabat yer alırsa, multimediada foto və videolarla tanış ola bilərsiniz. İnfrastruktur bölməsində isə qurumun inzibati binası, idman qurğuları və istirahət mərkəzləri haqda məlumat əldə etmək mümkündür.

Rəsmi saytda yerləşdirilən xüsusi bannerlərdə ümummilli lider Heydər Əliyevin idmançılara diqqət və qayğısı, prezident İlham Əliyevin olimpiya hərəkatındakı xidmətləri, SOCAR rəhbərliyinin “Neftçi İdman Klubu”nun üzvləri və neft zəhmətkeşləri ilə görüşləri öz əksini tapıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30