25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Niklas Nor: “Avropa Oyunlarının qalibi olduğuma görə xoşbəxtəm”

Bakıda keçirilən birinci Avropa Oyunlarının qızıl medalçısı, danimarkalı badmintonçu Niklas Nor “Azərtac”a müsahibəsində etiraf edib ki, birinci Avropa Oyunlarının qalibi olduğuna görə xoşbəxtdir və bundan qürur duyur. N.Nor deyib: “Avropa Oyunlarında iştirak etmək üçün Danimarka yığmasına seçiləndə çox sevindik, eyni zamanda idman yarışlarının yeni növü qarşısında məsuliyyət və qorxu hiss etdik. Lakin mən çox çətin olacağını düşünməklə, yanıldım, çünki Azərbaycan bu Oyunların çox yaxşı keçməsi üçün əlindən gələni etdi. Bakı bu yarışlara çox yaxşı hazırlaşmışdı, hər sahədə peşəkar yanaşma hiss olunurdu - nəqliyyat sistemindən tutmuş idman arenalarının vəziyyətinə, yeməyə qədər hər şey yüksək səviyyədə idi”.

Yarışların təşkilatçılıq səviyyəsinə xüsusi diqqət yetirən danimarkalı badmintonçu deyib: “Biz görürdük ki, ətrafda olan hər şey fikrimizi yarışlar üzərində cəmləşdirməyə kömək edir. Könüllülər həm idmançıların, həm də tamaşaçıların rahatlığı üçün böyük iş görmüşdülər. Bütün idman obyektləri yüksək standartlara uyğun inşa edilmişdi. Atletlər Kəndini isə hər cür tərifdən üstün idi. Lazım olan hər şeyimiz - qida, həkimlər, fitnes zalları vardı, hər şey çox rahat və əlimizin altında idi”.

Avropa Oyunlarının əhəmiyyətindən söz açan Danimarka idmançısı qeyd edib ki, bu cür yarışların ilk dəfə keçirilməsi Avropanın bütün ölkələrinə müsbət təsir göstərir. N.Nor deyib: “Mənim kimi gənc idmançıların bu böyük idman yarışında iştirak etməsi çox lazımlı təcrübə idi. Mən Bakıda olduğum müddətdə çox şey öyrəndim və qazandığım təcrübədən yaxın illərdə Olimpiadalarda istifadə edəcəyəm. N.Nor deyib: “Asiya Oyunları Olimpiya Oyunları və ya dünya çempionatı ilə müqayisədə daha geniş vüsətlə keçirilir. İndi isə Bakı Avropa alternativinə start verib. Odur ki, regionun idman assosiasiyaları Azərbaycanda başlanmış yolu davam və inkişaf etdirməlidirlər”.

Sonda danimarkalı idmançı Bakı ilə bağlı təəssüratlarını bölüşüb: “Bakının gözəlliyi məni çox təəccübləndirdi: çoxsaylı koloritli binaları və yüksək səviyyəli infrastrukturu olan müasir şəhər. Burada insanların geyim tərzi, nəfis yeməklər və gözəl arxitektura çox xoşuma gəlir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30