19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

“Birinci Avropa Oyunları təşkilatçılıq səviyyəsinə görə London Olimpiadasından geri qalmırdı”

Birinci Avropa Oyunlarında bürünc medal qazanmış çexiyalı velosipedçi Aneta Xladikova “Azərtac”ın müxbiri ilə söhbətində etiraf edib ki, Bakıda keçirilən birinci qitə Oyunları təşkilatçılıq səviyyəsinə görə üç il əvvəl iştirak etdiyi London Olimpiadasından əsla geri qalmayıb. O deyib: “Hər şey çox gözəl təşkil edilmişdi”.

Atletlər Kəndində ikinəfərlik otağı bölüşən Anetanın sözlərinə görə, otaq yetərincə geniş olub: “Bizim Olimpiya Stadionuna gözəl mənzərə açılan eyvanımız vardı. Kondisionerlər yaxşı işləyir, otaqda sərinlik yaradırdı”.

İdmançı Veloparkı da ağız dolusu tərifləyərək deyib: “O, kifayət qədər böyük idi, komandalara geniş yer ayrılmışdı. Trekin ətrafına hamar asfalt döşənmişdi. Biz özümüzü starta hazırlamaq, sonra isə yarışın gərginliyindən çıxmaq üçün bu yolla hərəkət edirdik. Təpənin ətəyində velosipedçilər üçün çoxlu sərinləşdirici içkilər və çərəz olan rahat qəlyanaltı yeri yaradılmışdı. Sipər yetərincə böyük idi. Trek çox rahat idi”.

Azərbaycanlı velosipedçilərin bu yarışlara qatılmamasından təəssüfləndiyini bildirən Aneta deyib: “Madam ki, indi Azərbaycanda belə gözəl velotrek var, idmanın bu növünü inkişaf etdirmək üçün hər cür şərait yaradılıb, inanıram ki, bizə növbəti Avropa Oyunlarında azərbaycanlı həmkarlarımızla yarışmaq xoşbəxtliyi nəsib olacaq”.

İdmançı deyib ki, Avropa Oyunlarının bu cür yüksək səviyyədə keçməsini könüllülərsiz təsəvvürünə gətirmir. O, könüllülərin fədakarlığını qeyd edərək deyib: “Onlar əvvəldən axıradək, hətta baqajımıza, metro ilə şəhərə gəzintiyə müşayiət edənə qədər bizə kömək edirdilər”.

Atletlər Kəndindəki yeməklərdən məmnun qaldığını bildirən Aneta deyib: “Mən sizin mətbəxi sevdim”.

Sonda emosiyalarını gizlədə bilməyən Aneta deyib: “Bakıda Avropa Oyunları mənə həyatımın ən gözəl məqamlarını bəxş etdi. Bu Oyunları heç vaxt unutmayacağam. Bəs açılış və bağlanış mərasimləri... Bu şouya heyranlığımı ifadə etmək üçün söz tapa bilmirəm. Mən Azərbaycan xalqına firavanlıq arzu edirəm. Qoy bütün həmvətənləriniz sağlam olsunlar. Qoy bu Oyunlar ölkənizə sülh bəxş etsin, çoxlu turist cəlb etsin. Bilirsiniz, axı bütün bu obyektlər, stadionlar hamısı sizin xalqınıza qalacaq. Azərbaycanlılar bunlardan istifadə edəcəklər. Burada Azərbaycan üçün yeni idman növləri inkişaf edəcək. Sizin komandaları Olimpiya Oyunlarında mütləq görəcəyik”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30