25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

Rövnəq Abdullayev: “O gün olsun, bu uğurlu nəticəni futbolçularımız da göstərsinlər”

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Bakı-2015 I Avropa Oyunlarında medal qazanan “Neftçi İdman Klubu”nun idmançılarını qəbul edib. Futbolxeber.az-ın məlumatına görə, baş tutan görüşdə paytaxt təmsilçisinin çıxışı yüksək qiymətləndirilib.

Abdullayev bildirib ki, “Neftçi İdman Klubu”nun idmançılarının göstərdiyi uğur qürurvericidi: “Məşq etmək, çalışmaq başqa, amma nəticə göstərmək, qələbəyə sevinmək bir başqadı. I Avropa Oyunlarında “Neftçi”nin idmançıları böyük uğur əldə etdilər. Qalib olub mükafat qazandınız. Amma bu o demək deyil ki, bundan sonra arxayınlaşmalısınız. Çalışmalısız ki, 2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarında bundan da uğurlu çıxış edəsiz”.

Eyni zamanda AFFA-nın da prezidenti olan Rövnəq Abdullayev futbolçularımızın da analoji uğuru qazanmasını arzuladığını bildirib: “O gün olsun, bu uğurlu nəticəni futbolçularımız da göstərsinlər”.

Qeyd edək ki, I Avropa Oyunlarına 79 idmançı ilə qatılan “Neftçi İdman Klubu” 16 medal (6 qızıl, 5 gümüş, 5 bürünc) qazanıb. Klubun idmançılarından Rəsul Çunayev, Elvin Mürsəliyev, Toğrul Əsgərov (hər üçü güləş), Ayxan Tağızadə (taekvondo), Pərviz Bağırov (boks), İlham Zəkiyev (paracüdo) fəxri kürsünün ən yüksək pilləsinə qalxdıqları halda, Nəzakət Xəlilova, İslam Qasımov (hər ikisi sambo), Orxan Səfərov (cüdo), Sevil Bünyatova (qılıncoynatma, sablya), Səbinə Abdullayeva (paracüdo) gümüş, Elman Muxtarov, Həsən Əliyev, Hacı Əliyev (hər üçü güləş), Sevinc Bünyatova (qılıncoynatma, sablya) və Zakir Mislimov (paracüdo) bürünc medala sahib olublar.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30