20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

“Bakı-2015” Yay Olimpiya Oyunları öncəsi yaxşı təcrübə oldu”

“Bakı-2015” birinci Avropa Oyunları 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunları öncəsi yaxşı təcrübə oldu”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Azərtac”a müsahibəsində birinci Avropa Oyunlarının qızıl medalını qazanan rumıniyalı cüdoçu Andreea Kitsu deyib. O, Atletlər Kəndində olarkən Londonda keçirilən Yay Olimpiya Oyunlarını xatırladığını bildirib.

Oyunların gərgin idman mübarizəsi şəraitində keçdiyini vurğulayan rumıniyalı idmançı bu yarışların cüdo üzrə Avropa çempionatı ilə eyni vaxta təsadüf etdiyindən burada qızıl medal qazanmağın ona ikiqat sevinc gətirdiyini deyib.

Azərbaycanda gördüyü qonaqpərvərliyə, idmançılara olan münasibətə, yüksək təşkilatçılığa və milli mətbəximizin zənginliyinə toxunan cüdoçu Bakıda qazanılan bu qalibiyyəti hər zaman xatırlayacağını və buradakı hissləri yenidən yaşamaq istədiyini qeyd edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30