29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Digər idman növləri

Azərbaycan 28-ci Yay Universiadasında daha bir qızıl medal qazanıb

Azərbaycan atleti Hayle İbrahimov Koreya Respublikasının Kvancu şəhərində keçirilən tələbələrin 28-ci Yay Universiadasında qızıl medal qazanıb. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, baş məşqçi Elvin Əliyevin rəhbərliyi ilə H.İbrahimov kişilərin 5000 metr məsafəyə qaçış yarışında 13:44.28 dəqiqə göstərici ilə birinci olub.

Kvancu şəhər stadionunda idmançılar yağışlı hava şəraitində mübarizə aparmalı olublar. Bu da onların potensialını tam nümayiş etdirməyə imkan verməyib. Atletimiz Hayle İbrahimov iyulun 10-da yarışın kvalifikasiya mərhələsində də 13:51.40 dəqiqə göstərici ilə birinci olmuşdu. Qeyd etmək lazımdır ki, bu, idmançımızın universiadalarda qazandığı ikinci qızıl medaldır. Hayle İbrahimov 2013-cü il Kazan universiadasında məhz iyulun 12-də 13:35.89 dəqiqə göstərici ilə qalib olmuşdu. Bu, həm də universiada rekordudur.

Beləliklə, Azərbaycan komandası tələbələrin 28-ci Yay Universiadasını 2 qızıl və 1 bürünc medalla bitirdi. Xatırladaq ki, digər atletimiz Hanna Skidan qadınlar arasında çəkicatma yarışlarında qalib olmuşdu. Cüdoçümüz Hüseyn Rəhimli (73 kq) isə bürünc medal qazanmışdı.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31