26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Portuqaliya Olimpiya Komitəsinin prezidenti “Bakı-2015”lə bağlı xüsusi müraciət yayıb

Portuqaliya Olimpiya Komitəsinin prezidenti Joze Manuel Konstantinyo birinci Avropa Oyunlarının başa çatması ilə əlaqədar xüsusi müraciət yayıb. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, müraciətdə deyilir ki, Portuqaliya çoxprofilli idman yarışlarında uğurları nadir hallarda qeyd olunan ölkələrdəndir. Lakin birinci Avropa Oyunlarında iştirakı bunun əksini göstərdi. “Biz Bakıda əsl komanda olmağı bacardıq və bu, bizim əsas uğurumuzdur”, - deyə Portuqaliya Olimpiya Komitəsinin prezidenti bildirib.

Avropa Oyunlarını izləmək üçün Bakıya gedən J.M.Konstantinyo yarışlar başa çatmamış səhhətində yaranan narahatlığa görə ölkəsinə qayıtmışdı. O, müraciətində bu məsələyə toxunaraq deyib ki, Portuqaliyaya qayıtsa da yarışları diqqətlə izləməkdə davam edib. O, ilk Avropa Oyunlarının yüksək təşkilatçılığından və ölkəsinin idmançılarının çıxışından aldığı təəssüratı xəstəliyinə ən yaxşı dərman adlandırıb.

Portuqaliya Olimpiya Komitəsinin prezidenti qeyd edir ki, I Avropa Oyunları idman tarixinin yeni və şərəfli səhifəsidir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30