26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

İtaliya mətbuatı Azərbaycan atletlərinin uğurlarından yazıb

İtaliyanın “OA sport” idman saytında Azərbaycan atletlərinin ilk Avropa Oyunlarındakı böyük uğurlarından bəhs edən yazı yerləşdirilib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, yazıda qeyd olunur ki, ilk Avropa Oyunlarının ən önəmli məqamlarından biri də şübhəsiz ev sahibi ölkə Azərbaycanın medal sıralamasına görə 2-ci yerdə qərarlaşması oldu. Bu uğuru bir neçə amillə izah etmək olar. Belə ki, Azərbaycanda idman sürətlə inkişaf edən bir sahədir. Bu ölkə 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq idman tədbirlərində uğurla təmsil olunmağa başlayıb. Azərbaycan idmançılarının Olimpiya Oyunlarındakı nəticələrinə nəzər yetirsək getdikcə artan bir dinamikanın şahidi olarıq. Hər dörd ildən bir Azərbaycan Olimpiya Oyunlarında qazandığı medalların sayını çoxaldır.

Müəllif vurğulayır ki, ilk Avropa Oyunları kimi önəmli bir tədbiri təşkil etməklə Azərbaycan bir daha idman sahəsinə olan böyük marağını nümayiş etdirmiş oldu. Gələcəkdə də bu ölkə mötəbər idman tədbirlərinə ev sahibliyi etməyə hazırlaşır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30