19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Bakı daha bir mötəbər idman yarışında ev sahibliyi edə bilər

“Bakı 2019-cu ildə keçiriləcək yay Universiadasına ev sahibliyi edə bilər. Futbolxeber.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya Tələbə İttifaqının rəhbəri Oleq Matıtsin Beynəlxalq Universitet İdmanı Federasiyasının İcraiyyə Komitəsinin iclasının yekunları ilə bağlı danışarkən deyib. O, potensial namizədlər arasında bir sıra ölkələrin adlarının çəkildiyini bildirib:

“Bunlar İtaliya, Türkmənistan və Azərbaycandır.  Bu gün üçün namizədlərlə bağlı hələ heç bir qərar qəbul olunmayıb. Adını çəkdiyim ölkələr tərəfindən "Universiada-2019"a ev sahibliyi etmək üçün rəsmi müraciət daxil olmayıb. Danışıqlar aparılır”.

O. Matıtsinin sözlərinə görə, bu tədbiri keçirəcək namizəd noyabr ayında Federasiyanın Baş Assambleyasının iclasında təqdim olunacaq.

Xatırladaq ki, bu il yay Universiadası 4-14 iyul tarixlərində Cənubi Koreyanın Kvanju şəhərində keçiriləcək. 2019-cu il qış Universiadası isə Krasnoyarskda baş tutacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30