26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Sərbəst güləşçilərimiz Dağıstanda beynəlxalq turnirdə iştirak edəcəklər

İyulun 3-5-də Rusiya Federasiyasının Dağıstan Respublikasının Kaspiysk şəhərində beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir keçiriləcək. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, turnirdə sərbəst güləş üzrə Azərbaycan yığma komandasının üzvləri iştirak edəcəklər.

Məşqçilər David Kurtsiya, Arif Abdullayev və Siracuddin Eldarovun rəhbərliyi ilə böyüklərdən və gənclərdən ibarət yığma komandanın 21 üzvü turnirdə qüvvəsini sınayacaq. Yarışda Ruslan Qasımov, Mircəlal Həsənzadə, Ruslan Surxayev, Pərviz İbrahimov (hamısı 57 kq), Əhmədnəbi Qvarzatilov, Qalib Əliyev, Cəlal Süleymanov, Ağahüseyn Mustafayev (hamısı 61 kq), Məhəmməd Müslümov, Coşqun Əzimov (hər ikisi 65 kq), Hacımurad Ömərov, Qitinomaqomed Hacıyev (hər ikisi 70 kq), Əşrəf Əliyev, Mircəfər Murtuzlu, Məhəmmədhacı Muxutov (hamısı 74 kq), Aleksandr Qostiyev, İbrahim Yusubov (hər ikisi 86 kq), Aslanbek Alborov (97 kq), Əli İsayev, Əli Maqomedabirov və Aslan Dzebişov (hamısı 125 kq) mübarizə aparacaqlar.

Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30