19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

"Azərbaycan birinci Avropa Oyunlarını uğurla keçirdi"

Ukrayna Milli Olimpiya Komitəsi (MOK), bu ölkənin İdman və Gənclər Nazirliyi Kiyevdə Azərbaycan diasporunun nümayəndələrinin iştirakı ilə “Bakı-2015” birinci Avropa Oyunlarında medal qazanan ukraynalı idmançılarla görüş keçirib. Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ukrayna MOK-un prezidenti Sergey Bubka, idman və gənclər naziri İqor Jdanov, idman federasiyalarının rəhbərləri, o cümlədən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev iştirak ediblər.

S.Bubka Ukrayna idmançılarının ilk Avropa Oyunlarında 8-i qızıl, 14-ü gümüş və 24-ü bürünc olmaqla ümumilikdə 46 medal qazandıqlarını bildirib. Bunun onların gözlədiyindən də yaxşı nəticə olduğunu söyləyən S.Bubka deyib: “Biz belə bir möhtəşəm Oyunlarda 50 ölkə arasında 8-ci yeri tutduq. Bu, yüksək göstəricidir. Oyunlar çox möhtəşəm keçdi. Azərbaycan birinci Avropa Oyunlarını gözlənildiyindən də uğurla təşkil etdi. Çox xoşdur ki, Ukrayna Avropa idmanının möhtəşəm tarixi hadisəsinin bir parçası oldu, atletlərimiz idman tarixinin yeni səhifəsinin yazılmasında iştirak etdilər. Bu Oyunlar və yarışların nəticələri bizim üçün Yay Olimpiya Oyunlarına bərabərdir”.

İdman və gənclər naziri İ.Jdanov “Bakı-2015” birinci Avropa Oyunlarının qitənin idman tarixində yeni mərhələnin əsasını qoyduğunu deyib. O, ilk dəfə keçirilən bu yarışlarda Ukrayna idmançılarının fəal iştirakının onlar üçün güclü stimul olduğunu vurğulayıb. Nazir bildirib ki, Ukraynanın Prezidenti Pyotr Poroşenko qalibləri qəbul edəcək.

Ukrayna Gimnastika Federasiyasının vitse-prezidenti İrina Deryuqina Azərbaycanda idmanın hərtərəfli inkişafından danışıb. O, xüsusilə gimnastikanın sürətli inkişafından söhbət açaraq Ukraynanın bu sahədə Azərbaycanın təcrübəsindən bəhrələndiyini bildirib.

Qeyd edək ki, birinci Avropa Oyunlarında medal qazanan ukraynalı idmançılar arasında əslən Azərbaycandan olan, diaspor fəalı Fyodor Xaşalov da var.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30