28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Azad Rəhimov: “O insanların başında nәsә çatmır”

Avropa Oyunlarının yekunlarına hәsr olunan mәtbuat konfransı keçirilir. Futbolxeber.az-ın məlumatına görə, Gənclər və idman naziri Azad Rəhimov çıxışında bildirib ki, Avropa Oyunlarında Azәrbaycanın 2-ci yerә çıxacağını gözləmirdilər: "Avropa Oyunları әrzindә xarici mütəxəssislər çox gözәl bir ifadә işlədirdilər. Biz sonuncu deyil, davamlı şәkildә görüşәcәyik. Media nümayәndәlәrinә tәşәkkür edirәm. Siz bu yarışları çox yaxşı işıqlandırdınız vә düzgün mәlumatlar yazdınız. Sözsüz ki, bu müddәtdә Azәrbaycanı sevәn insanlar sevindi vә onlar indi möhtәşәm tәdbirin başa çatmasına tәәssüflәnirlәr. Xarici qonaqlar artıq ölkәni tәrk edir. Onlar aeroportdan zәng edib bizә tәşәkkür edirlәr. Biz 2 il yarım müddәtindә bu işi üzәrimizә götürdük vә öhdәsindәn gәldik".

Nazir dünən baş tutan bağlanış mәrasimindən danışıb: "Bağlanış mərasimi dә çox gözәl oldu. Biz komanda olaraq bu işin öhdәsindәn gәldik. İdmançılarımızın nәticәsinә gәlincә, gözlәmirdik ki, Avropa Oyunlarında Azәrbaycan 2-ci yerә çıxacaq. Onlar adlarını Azәrbaycan tarixinә yazdırdılar. Prezident İlham Әliyev bu gün bütün idmançıları və әmәyi keçәn hər kəsi tәbrik etdi. İdman zallarındakı mәnzәrәlәrdә bizi sevindirdi. Azarkeşlәr idmançılarımızı  tәk buraxmadılar . Prezident İlham Әliyev xaricdәn gәlәn jurnalistlәri dә bu gün tәbrik etdi. Bayram bu gün bitir. Biz çox istәyәrdik ki, belә bayramlar tez-tez olsun və xaricdәn gәlәnlәrә öz qonaqpәrvәrliyimizi göstәrәk".

Azad Rəhimov Azərbaycanın ikinci pilləyə sahib olmasını Qәrb mәtbuatının Avropanın güclü idmançılarının Bakıya gәlmәmәsi ilә әlaqəlәndirilməsinə də aydınlıq gətirib: "Siz bilirsiz ki, Su idman növündә Avropa Oyunlarında dünya rekordu vuruldu. Zәif idmançı bu rekordu vura bilmәz. Avropa Oyunlarında olan 16 idman növündən 12-si Yay Olimpiya oyunlarına lisenziya verirdi. Mәhz bu 12 idman növündә 100-dәn çox Olimpiya çempionları iştirak edirdi. Mingәçevirdә keçirilәn avarçәkmә yarışlarında 21 Olimpiya vә dünya çempionları var idi. Sadəcə bunu edənlər yarışlara kölgə salmaq istəyirdilər. Onlar, hәtta, "Bakı-2015"in saytını da dağıtmağa cəhd etdilər. İfadәmә görә bağışlayın, amma o insanların başında nәsә çatmır”.

Mənbə: qafqazinfo.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31