25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

II Avropa Oyunları üçün yeni ev sahibi

II Avropa Oyunlarına Belarus ev sahibliyi edə bilər. Futbolxeber.az-ın məlumatına görə, Avropa Olimpiya Komitəsinin yarışı təşkil etmək üçün Belarus Milli Olimpiya Komitəsi (BMOK) müraciət edib.

Bu barədə açıqlama verən BMOK-un I vitse-prezidenti Maksim Rıjenkov ölkəsinin belə bir turnir keçirmək iqtidarında olduğunu deyib. Onun sözlərinə görə, belarusluları yalnız Bakı-2015-in təşkilatçılarının böyük məbləğdə vəsait xərcləmələri düşünməyə vadar edir: “Amma Azərbaycanda infrastruktur demək olar sıfırdan qurulub. Lakin Belarusda idman obyektlərinin çox fəaliyyətdədi. Təxminən 6000 idmançı və 1500 jurnalistin qida, nəqliyyat və onların qalmaq üçün yeri sual olaraq qalir. Buna da böyük vəsait lazımdı”.

Eyni zamanda, BMOK və ölkə prezidentinin bədən tərbiyəsi, idman və turizmin inkişafı üzrə köməkçisi yığmalarının Bakı-2015-dəki çıxışına da toxunub. O bildirib ki, Azərbaycanda qeydə alınan nəticələrlə kifayətlənmək fikrində deyillər: “Heç vaxt arxayınlaşmaq lazım deyil. Həmişə daha yaxşıya can atmaq lazımdı” (apasport.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30